Kanalda batan 9 yaşlı uşağın cəsədi tapıldı
Beyləqan rayonu ərazisində su kanalına düşərək boğulan uşağın cəsədi tapılıb.
BEY.AZ xəbər verir ki, hadisə avqustun 18-də axşam saatlarında Beyləqan rayonunun Yeni Mil qəsəbəsi ərazisindən keçən Yeni Xanqızı kanalında baş verib.
9 yaşlı Əhməd İbrahimov kanala düşərək boğulub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar.
Axtarışlar nəticəsində bu gün səhər saat 08:00 radələrində Əhməd İbrahimovun cəsədi batdığı yerdən təxminən 9 km aralıda tapılaraq aidiyyəti üzrə təhvil verilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |