Kanallarla bağlı proqnoz – “ATV kreditini tükədəcək”
Space TV-nin aparıcısı Turan İbrahimovun Milli Televiziya və Radio Günü ilə bağlı statusu diqqət çəkib.
BEY.AZ olaya istinadən yazır ki, o, feysbukda paylaşdığı postda yerli televiziyalar barədə proqnoz verib:
“Etiraf edək ki, dövrümüz qapanmaq üzrədi. Xüsusi ilə də kommersiya TV-lərində çalışanlar, bunu nəzərə alın. Necə ki, 5 il əvvəlki qədər lazımlı və təsirli deyilik, 5 il sonra bu daha da az olacaq.
Bu özəl günün səbəkarı AZTV və olmazsa olmaz İTV hazırda intibah dövrünü yaşayır, hər zaman da var olacaqlar.
Növbəti 5 ildə obyektiv və subyektiv səbəblərdən qaymağı ARB TV yeyəcək. Belə davam etsə, ATV kreditini tükədəcək, Xəzər TV gözəlləşə-gözəlləşə yağında qovrulacaq, SPACE-nin isə bəxti hələ təzəcə açılıb.
Digərləri də var, ARB24-ün ARB kimi sponsoru var, REAL hər gün lazımlı olmaq uğrunda çalışacaq, CBC- nin, MTV-nin isə öz dünyası var… Radiolarımız, yollar, tıxaclar olduğu müddətcə var, amma olmasalar da olar”.