fbpx

“Kapital Bank” “Baku International HR Forum”da iki mükafata layiq görülüb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


28 yanvar 2022-ci il tarixində “Baku Marriott Hotel Boulevard”da növbəti “Baku International HR Forum” keçirilib.

“Kapital Bank”ın baş sponsorluğu ilə keçirilən tədbirdə ölkənin ən qabaqcıl şirkətləri və insan resursları sahəsində olan peşəkar menecerlər iştirak edib.

Forum zamanı əsasən 3 mövzu ətrafında müxtəlif fikir mübadilələri aparılıb: “İnsan kapitalının inkişafı”, “Gələcək innovasiyalar” və “CEO-ların HR-dan gözləntiləri”. Tədbirdə Kapital Bank-ın İdarə Heyəti sədrinin 1-ci müavini Fərid Hüseynov və İnsan Resurslarının İdarə Edilməsi departamentinin direktoru Fərqanə Məmmədova əsas spiker qismində çıxış edərək öz təcrübələri ilə bölüşüblər, həmçinin iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Rüya tabirlerini burdan oku

Tədbirin sonunda ölkənin bir sıra iri şirkətləri xüsusi mükafatlara layiq görülüb. “Kapital Bank” da 2 nominasiya üzrə – “Ən yaxşı transformasiya strategiyası” və “Ən yaxşı KSM strategiyası” (“Qırmızı Ürəklər” Fondu) xüsusi mükafat alıb.

Qeyd edək ki, “Baku International HR Forum” insan resursları sahəsinin təsir gücünə malik peşəkar nümayəndələri bir araya gətirərək, bu sahədə dünyada tətbiq olunan yeniliklər, müasir innovasiyalar və texnologiyanın inkişafı, fərqli təcrübələrin dialoqlar, müzakirələr və fikir mübadilələri ilə paylaşılmasını hədəfləyən bir qlobal forumdur. Tədbirin təşkilatçısı Azərbaycan İnsan Resursları İnstitutudur.

Ölkənin birinci bankı olan “Kapital Bank” PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/krdt, BirKart sifarişi üçün – https://kbl.az/tkstcrd.


You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu