fbpx

​Kartlarda olan vəsaitlər vergiyə cəlb olunacaq?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri azad olmalar siyahısında deyil.

Metbuat.az xəbər verir ki, bunu iqtisadçı-deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, “Vergi Məcəlləsinə” edilən dəyişikliklərdən sonra 2023-cü il fevralın 1-dən etibarən 5 (beş) il müddətində Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda rezident hüquqi şəxslər tərəfindən kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri vergidən azad olundu. Bu məcəllənin 102.1.22-2 maddəsi ilə tənzimlənir: “Göründüyü kimi, fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlər Həmin məcəllənin 123-cü maddəsi ödəmə mənbəyində faizlərdən vergi tutulmasını nəzərdə tutulur. Deməli, kartlarda olan vəsaitlər ilə bağlı iki hal mümkündür.

Rüya tabirlerini burdan oku

1. Əgər kartda olan vəsait gəlir gətirmirsə (məsələn, pulun saxlandığı debet və kredit plastik kartlar) o halda kartda olan pul vergiyə cəlb olunmur.

2. Əgər kartda olan vəsaitə faiz hesablanırsa və kart sahibinə aylıq və ya illik gəlir gətirirsə o halda həmin qazanc vergiyə cəlb olunacaq. Məsələn, kartda 5 min manat pul var. Həmin vəsaitə illik 7 faiz gəlir hesablanır və bu məbləğə 400 manat əlavə olunur. Bu halda kart sahibinin ödədiyi illik vergi 40 manat olur (400 manat X 10 %). Kartda olan əsas məbləğin vergiyə cəlb olunması nəzərdə tutulmur. Yalnız faizi gəliri vergiyə cəlb oluna bilər”.

O bildirib ki, əgər kart faiz gəliri gətirmirsə, heç bir halda vergi ödəmək tələb oluna bilməz.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Kartlarda #olan #vəsaitlər #vergiyə #cəlb #olunacaq

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu