fbpx

“Kasıbların içindən pula görə əxlaqsızlıq edənlər çıxmır?”

Rüya Yorumları burda
Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

“Özümə qarşı o qədər amansız insanam ki, heç kim dünyada mənimlə düşmənçilik edə bilmir. Özümə o qədər lağ, zarafat etmiş, tənqid etmiş insanam ki, mənimlə rəqabət aparmaq, düşmənçilik etmək istəyən insanların qarşıma çıxanda deməyə sözləri qalmır. Məsələn, deyirəm ki, “başım gedib”. Bu sözü deyəndə qeyri-standart düşüncə və yanaşmaya sahib olduğumu nəzərdə tuturam. Sadəcə, azərbaycanlıların çoxu bəyənmir. Populist psixologiya yayıldıqdan sonra “sözün gücü”, “kainata mesaj göndərmək” və s. kimi ifadələr ortaya çıxdı. Doğru-düzgün izah edilməyib deyə müəyyən anlaşılmazlıqlar var. İnsanlar da inanırlar. Mən “kasıblar, necəsiniz?” deyirəm. Videoların belə başlamasının birinci səbəbi insanlarda qıcıq oyatmaqdır. Çünki Azərbaycanda kasıblığın qəribə tərənnümü var. Yəni kasıblıq tərənnüm edilir. “Kasıblar mərddir”, “nə var, kasıbda var…” Qardaş, oğrular, müəyyən pul müqabilində əxlaqsızlıq edənlər kasıbların arasından çıxmırmı? Kasıblar oturub 5 nəfər süfrə axrasında yeyib-içəndən sonra bir-birini bıçaqlamırmı? Bu günə qədər milyonçuların yeyib-içdikləri zaman bir-birilərini bıçaqladıqlarını eşitməmişəm. Kasıbla varlı eyni dənizdə üzür, niyə kasıb batır, varlı batmır? Mən “kasıblar” deyəndə beyin baxımından kasıb olanları nəzərdə tuturam”.

Metbuat.az xəbər verir ki, bu sözləri pravda.az-a tanınmış psixoloq Nizami Orucov deyib.

“Məsələn, “Paul” restoranında pendir supu ilə bağlı videom var. Elə orada kainatın gücünə bir az toxunmuşam. İnsanlar durmadan yazıblar ki, sən restoranı reklam edirsən. Mən məcbur olub şərh yazdım ki, 43 ölkədə nümayəndəliyi olan fransız brendinin Bakıda fəaliyyət göstərən bir psixoloqa ehtiyacı yoxdur. Amma bunu insanlara izah edə bilmirsən. “Kasıblar” deyəndə qıcıq oyatmağa və həmin insanların təfəkküründə müəyyən dəyişikliklərə nail olmağa çalışıram. Mənim nə maarifləndirmə, nə biliklərimi, təcrübəmi bölüşmək baxımından heç kimə borcum yoxdur. Bunu ürəkdən edirəm. Özümü psixoloji, sosial, maddi – hər cəhətdən ən böyük humanist psixoloji məktəbin yetirməsi sayıram. Düzdür, bir çox psixoloji məktəbləri özümdə birləşdirirəm. Hər bir insanın ən böyük haqqı dəyişə bilmək haqqıdır. Hindistanda kastalar var. Bir təbəqə digərinin qızı ilə evlənə bilməz, digərinin insanına toxuna, yanında yemək yeyə bilməz. Bir çox insan öz daxilində, beynində, psixikasında özünü çərçivəyə salır. İstənilən an dəyişmək haqqına maliksiniz və bu, mümkündür. Bunu əzbər demirəm, minlərlə insanla işləmiş biri kimi deyirəm. Elə həyat dəyişikliklərinin şahidi, iştirakçısı, pay sahibi olmuşam ki… İnanılmaz. 300 manat maaş alan adam gəlib bunun çıxılmaz bir vəziyyət olduğunu dedi. O insan mental olaraq dəyişiklik edə bildi deyə 6 aya 1800 manat maaş alan insan səviyyəsinə gəldi. Yəni bu, mümkündür…”, – psixoloq qeyd edib.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Kasıbların #içindən #pula #görə #əxlaqsızlıq #edənlər #çıxmır

Rüya tabirlerini burdan oku

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu