fbpx

Keçən il 509 subyektin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib

BEY.AZ informasiya agentliyi xəbər verir


Ötən il ölkədə qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının təmin edilməsi istiqamətində 2 853 yoxlama aparılıb.

Metbuat.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda əks olunub.

Qeyd olunub ki, yoxlama, monitorinq və digər nəzarət tədbirləri çərçivəsində 5840 iş üzrə inzibati tənbehvermə haqqında qərar qəbul edilib, bu qərarlardan 35-i şərti, 5805-i isə inzibati qaydada olmaqla ümumilikdə 2845,1 min manat məbləğində cərimə tətbiq edilib.

Həyata keçirilən nəzarət tədbirləri nəticəsində insan hayatına və sağlamlığına ciddi təhlükə yaradan qanun pozuntulari ilə bağlı 311 müəssisə barəsində məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.

Qida təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarəti tədbirləri nəticəsində 23 baş heyvan, 3134,1 ton, 51,9 min dekalitr və 211,3 min ədəd məhsul barədə məhvetmə, 4355,4 ton və 2466,6 kubmetr məhsul barədə zərərsizləşdirmə, 1344,8 ton məhsul barəda utilizasiya qərarı qəbul edilib.

Qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı ümumilikdə 8 minə yaxın müraciət qəbul olunmuş və nəticədə 7,5 min subyekt qeydiyyata alınaraq dövlət reyestrinə daxil edilib. Eyni zamanda, müxtəlif səbəblərdən 509 subyektin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin