fbpx

Keçmiş arvadını döyən kişi ilə bağlı qərar

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir



Bir evdə yaşadığı keçmiş əri tərəfindən döyülən qadının şikayəti ilə bağlı məhkəmə araşdırması başa çatıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, Sumqayıt Şəhər Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən iclasda qeyri-adi hökm çıxarılıb.

Bu barədə tərəflərdən birinin vəkili Emil Mirzəyev məlumat verib.

İşin mahiyyəti ondan ibarətdir ki, təqsirləndirilən Eldar Nuriyev ilə Kəmalə Nuriyeva (ad soyad şərti) 11 il evlilikdən sonra 2014-cü ildə boşanıblar. Onların bu evlilikdən üç övladı olub. Eldar və Kəmalə boşandıqdan sonra da eyni evdə yaşayıb, bu müddətdə onlar arasında tez-tez mübahisə olub. Sonuncu mübahisə zamanı Eldar Nuriyev keçmiş arvadını vuraraq ona yüngül xəsarət yetirib.

Rüya tabirlerini burdan oku

Əmələ görə Eldar Nuriyevə qarşı Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmədə zərərçəkmiş şəxs keçmiş ərinə qarşı şikayətini geri götürdüyünü, onu bağışladığını deyib.

Təqsirləndirilən şəxs də əməlindən peşman olduğunu, hadisədən sonra başqa rayona köçdüyünü deyib.

Məhkəmənin hökmü ilə Eldar Nuriyevə 9 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası verilib.

Bundan əlavə, hökmə əsasən Eldar Nuriyevə arvadının yaşadığı evə 50 metr məsafədə yaxınlaşmaq və arvadı ilə hər hansı formada o cümlədən, telefonla ünsiyyətə girmək qadağan edilib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Keçmiş #arvadını #döyən #kişi #ilə #bağlı #qərar

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu