fbpx

Keçmiş arvadını öldürmək istəyən şəxsə hökm oxundu

Rüya Yorumları burda


Gəncə Ağır Cinayətlər Məhkəməsində keçmiş həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Zirəddin Zirəddinzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BEY.AZ-ın məlumatına görə, hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Z. Zirəddinzadə 10 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə Şəmkir şəhəri, Həzi Aslanov küçəsində yerləşən “Güvən vergi və mühasibatlıq” xidmətində baş verib. Şəhər sakini, 1990-cı il təvəllüdlü Z. Zİrəddinzadə həyat yoldaşı Günay MUsayevadan boşansa da, sonradan onunla barışmaq qərarına gəlib. Bu məqsədlə o, G. Musayevanın iş yerinə gələrək ona barışıq təklif edib. G. Musayeva isə təklifi rədd edib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb, Z. Zirəddinzadə özü ilə gətirdiyi bıçaqla G. Musayevaya 6 bıçaq zərbəsi endirib.

Həkimlərin müdaxiləsi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Hadisənin törətməkdə şübhəli bilinən Z. Zirəddinzadə saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.



Rüya tabirlerini burdan oku




MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu