fbpx

Keçmiş arvadını öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Qəsdən adam öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

Metbuat.az xəbər verir ki, bu barədə Şəmkir rayon prokurorluğu məlumat yayıb.

Cari il aprelin 19-da Şəmkir rayon sakini 1996-cı il təvəllüdlü Günay Musayevaya xəsarət yetirilməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Rüya tabirlerini burdan oku

İstintaqla 1990-cı il təvəllüdlü Zirəddin Zirəddinzadənin Şəmkir şəhəri, Həzi Aslanov küçəsində yerləşən ofislərin birində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı keçmiş arvadı Günay Musayevaya bıçaqla xəsarətlər yetirərək öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Zirəddin Zirəddinzadəyə Cinayət Məcəlləsinin 29, 120.2.1 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Keçmiş #arvadını #öldürməyə #cəhddə #təqsirləndirilən #şəxsin #məhkəməsi #başlayır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu