fbpx

Keçmiş gəlini Mətanət İsgəndərli ilə barışmaq istəyir –  VİDEO

BEY.AZ informasiya agentliyi xəbər verir


Gəlini Canana Əməkdar artist Mətanət İsgəndərliyə barışıq addımı atıb.

Metbuat.az axsam.az-a istinadən xəbər verir ki, o, müğənnidənə aralarındakı küsülülüyə son qoymalarını istəyib.

“Bu bayramda küsülülər barışır. Mən də uşaqlarımın nənəsi Mətanət İsgəndərlidən xahiş edirəm ki, aramızdakı küsülülüyə son qoyaq. Barışıq istəyirəm. Mən də istəyirəm bayramı balalarımla qeyd edim. Xahiş edirəm, balalarımı istəyirəm. Ev, mülk istəmirəm” deyə, Canana bildirib.

O, əlavə edib ki, apellyasiya məhkəməsini udsa da, hələ qərar təsdiqlənməyib.

“Ondan sonra Ali məhkəməyə verəcəklərini deyiblər. Onda da bir neçə ay iş uzanacaq. Uşaqlarımı sonuncu dəfə 8 Martda görmüşəm. Övladlarım üçün ürəyim partlayır. Bir ana olaraq qürurumu övladlarım üçün boş verirəm. Onlardan heç nə istəmirəm. Balalarım yanımda böyüsün” deyə, Canana söyləyib.

Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və Canana ötən il boşanıb və üç uşaq atada qalıb. Canana apellyasiya məhkəməsinə müraciət edərək övladlarını qəyyumluğunu alıb.






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin