Keçmiş işçisi Gömrük Komitəsini məhkəməyə verdi
Dövlət Gömrük Komitəsinin (DGK) keçmiş işçisi Oqtay Məsmalıyev qurumu məhkəməyə verib.
BEY.AZ Qaynarinfo-ya istinadən xəbər verir ki, tərəflər arasındakı mübahisə pensiya təminatı ilə əlaqədardır.
Oqtay Məsmalıyevin iddiasına Gəncə İnzibati Məhkəməsində baxılacaq. Yanvarın 5-nə işüzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Leyla Əliyevanın sədrliyi ilə keçiriləcək.
Bundan əvvəl DGK-nın keçmiş işçisi Nəzakət Qazıbəyova məhkəmə vermişdi. Onunla da qurum arasındakı mübahisə pensiya təminatı ilə bağlı idi.
Bu məsələni araşdırarkən məlum olmuşdu ki, Səfər Mehdiyev DGK-nın sədri olduğu dönəmdə bir qrup gömrük əməkdaşının pensiya hüququ pozulub.
DGN-nın sədri Şahin Bağırovdur. O,2023-cü ildən quruma rəhbərlik edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ | Sayt Al Sayt satışı |