fbpx

“Keşlə” klubunun iki baş məşqçisi eyni cəzaya məruz qalıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Keşlə”nin əvəzedici və 12 yaşadək futbolçulardan ibarət komandalarının baş məşqçiləri cəzalanıb.

Metbuat.az xəbər verir ki, Rüstəm Əliyev və Xəyyam Bəkirov hakimlər briqadasını təhqir etdikləri üçün diskvalifikasiyaya məruz qalıblar.

Əliyev I Divizionda “Zaqatala” ilə səfər matçının 79-cu dəqiqəsində hakimlər briqadasının ünvanına nalayiq ifadələr işlədərək, birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. AFFA İntizam Komitəsi ona 5 oyunluq cəza verib, klubunu 400 manat cərimələyib.

Rüya tabirlerini burdan oku

Bəkirov isə “Xocalı” komandası ilə səfər qarşılaşmasının 48-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Üstəlik, o, matç bitdikdən sonra yenidən meydana daxil olaraq, hakimi təhqir edib. İntizam Komitəsi baş məşqçini 3 oyunluq cəzalandırıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu