fbpx

Keyfiyyətli kolbasa necə olmalıdır? – Qida mütəxəssisi AÇIQLADI

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Kolbasa sevilən qəlyanaltı qidalardan biri sayılır. Onun tarixinə nəzər salanda məlum olur ki, bu məhsul qatqısız olaraq ancaq ətdən hazırlanıb. Xırda-xırda doğranılmış tikələri təmizlənmiş heyvan bağırsaqlarına doldurub müxtəlif ədəvalar və duz əlavə edir, daha sonra uc-uca bağlayıb qurutmaq üçün asır, bəzən hisə də verirdilər.

İndi kolbasanın içində ətdən başqa hər şeyə rast gəlmək mümkündür. Bu yaxınlarda Qida Təhlükəsizliyi Agentliyi apardığı monitorinq nəticəsində tərkibində nəinki mal ətinə, heç malın DNT-sinə də rast gəlmədikləri markaların siyahısını çıxarıb.

Metbuat.az xəbər verir ki, qida mütəxəssisi Aytac Zülfüqarlı AZƏRTAC-a deyib: “Kolbasalarda quruma, parçalanma, içərisində su və normadan artıq yağ, yapışqanlılıq, rənginin çox tünd və ya çox açıq olması onun düzgün istehsal edilmədiyini göstərir. Kolbasa məhsulu dilimləndikdə çətin kəsilməməli, yapışmamalı, dilimlər parçalanmamalı və rəngi çəhrayıdan tünd qırmızıyadək, bərabər qarışdırılmış və boz ləkələrsiz olmalıdır. Kolbasa məhsulunda həmin əlamətlərə rast gəlinməsi onun standartlara uyğun olmadığından xəbər verir. Kolbasanın xəmiri bircinsli olmalı, hətta quruyanda da eyni şəkildə qurumalıdır. Kolbasanı doğrayanda xoşagəlməz qoxu, yedikdə acılıq, mədədə ağırlıq hiss olunması da onun keyfiyyətsiz hazırlanmasına dəlalət edir”.

Rüya tabirlerini burdan oku

Mütəxəssislər gün ərzində 50 qramdan çox kolbasa yeməməyi, hətta mümkünsə ayda bir dəfə istehlak etməyi tövsiyə edirlər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Keyfiyyətli #kolbasa #necə #olmalıdır #Qida #mütəxəssisi #AÇIQLADI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu