Kifli çörəyin təhlükəsi
BEY.AZ informasiya agentliyi xəbər verir
Çörək karbohidrat və kalori mənbəyi kimi əsas qida vasitəsidir. Tərkibində olan yüksək bitki zülalı, Omeqa-6 yağ turşusu, mineral və vitaminləri ilə orqanizmi təmin edir, həzm prosesini aktivləşdirir.
Yüksək qlikemik indeksə malik çörək tez kiflənən məhsuldur. Vaxtı keçmiş çörəkdə olan kif göbələkləri münbit şəraitdə çoxalır və onlar sağlamlıq üçün təhlükə mənbəyinə çevrilir. Kifli çörəyi iyləmək kifayətdir ki, patogen mikroorqanizmlərin sporları orqanizmə daxil olsun.
Metbuat.az xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında qida mütəxəssisi Vüsal Qocayev deyib: “Çörəkdə olan kiflərin təhlükəlilik səviyyəsini onun rənginə görə müəyyən etmək olur. Məsələn, yaşıl kif isti mühitdə çoxalır, həmin göbələklərə çörəkbişirmə müəssisələrində sobalarda rast gəlinir. Qara kif daha çox çörək-bulka məmulatlarında olur, bu növ göbələklərdə sporların çoxalması rütubətli şəraitdə baş verir. Çəhrayı kif, əsasən, çörək qırıntılarında özünü göstərir. Onu bəzən “kartof göbələyi” də adlandırırlar. Sağlamlıq üçün çox təhlükəli olan ağ kif taxta materialdan olan çörək dolabları, arakəsmələri və rəflərdə aktiv şəkildə çoxalır. Boz kif göbələyin ən zəhərli növü sayılır, istənilən mühitdə inkişaf edir. Bəzən görünməsə də, məhsulun tərkibində bərabər şəkildə yayılır”.
Qida mütəxəssisinin dediyinə görə, kif göbələyi, ilk növbədə, çörək-bulka məmulatlarının qabığında görünür. Ona görə də çox vaxt kifli hissəni kəsib götürür və qalan hissələri yeməyə davam edirlər. Lakin bu, çox təhlükəlidir, çünki görünməyən sporlar məhsulu bütünlüklə əhatə edir və qidalanma zamanı orqanizmdə ciddi intoksikasiyanın yaranmasına səbəb olur. Bəzi növ göbələklər əsəb sistemini sıradan çıxarır, hormonal fonu pozur, orqanizmin qoruyucu funksiyasını aşağı salır və gələcəkdə bronxial astma və xroniki bronxitin yaranma riskini artırır.
“Ona görə də çörəyin düzgün şəraitdə saxlanılması çox vacib məsələdir. Rütubətli və isti yer göbələyin inkişafı üçün əlverişli mühitdir. Mətbəxdə çörəyin saxlanıldığı yer təmiz və quru olmalı, vaxtaşırı havalandırılmalıdır. Çörəkqabı tez-tez yuyulub qurulanmalıdır. Çörəyi sellofanda saxlamaq lazım deyil. Əgər çörək qabında bir çörəkdə az da olsa kif varsa, artıq yanındakı çörəkdə də kif olması labüddür. Standartlara görə, çörəyin yararlılıq müddəti üç gündür. Lakin elə növlər var ki, iki gündən artıq saxlamaq olmaz.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.