fbpx

“Kim kimin üstündə dayanıb?” – Zaxarova Paşinyana

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Ermənistanın baş naziri Nikol Paşinyanın KTMT-nin ölkəni tərk etməsi ilə bağlı bəyanatlarına münasibət bildirib.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, o, bu gün keçirilən həftəlik brifinqdə deyib: “KTMT-nin Ermənistandan çıxacağı ilə bağlı bu bəyanatı görəndə nədənsə Bulqakovun “Kim kimin üzərində dayanıb?” və Stanislavskinin “Sənəti sənətdə deyil, özündə sevmək lazımdır” əsərlərindən daha iki sitat yadıma düşdü”.

Xatırladaq ki, bir qədər əvvəl mətbuat konfransında çıxış edən Paşinyan bildirib ki, KTMT istəsə də, istəməsə də, Ermənistanı tərk edir.

Rüya tabirlerini burdan oku

“2022-ci ildə KTMT-nin baş katibi mənə dedi ki, KTMT-də Ermənistanın təşkilatdan çıxacağı ilə bağlı qorxular var. Mən cavab verdim ki, bu qorxular yersizdir, lakin Ermənistanda mövcud olan digər qorxular da yerindədir və onlar KTMT-yə aiddir. Mənim qiymətləndirməm isə ondan ibarətdir ki, onlar istəsələr də, istəməsələr də, KTMT Ermənistanı tərk edir və bu, bizi narahat edir”, – Paşinyan deyib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Kim #kimin #üstündə #dayanıb #Zaxarova #Paşinyana

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu