“Kimin etirazı var qabağıma çıxsın”
BEY.AZ informasiya agentliyi xəbər verir
Uzun müddətdir ailə quraraq Moskvaya köçən Afət Fərmanqızı Azərbaycan gəlib.
Metbuat.az “Yenisabah.az”a istinadən xəbər verir ki, bu haqda ifaçı özü məlumat verib. O, Vətənə bir günlük, avtomobilini götürmək üçün gəldiyini bildirib və meydan oxuyub:
“Xoş gördük. Bir gün burdayam. Bu gün Azərbaycanda olacağam, bir azdan yola çıxacağıq, Gürcüstana, oradan da Moskvaya gedəcəyik. Gəlmişəm maşınımı aparmağa. Kimin etirazı var qabağıma çıxsın! “Do svidaniya!”
Afətin bu paylaşımı müzakirəsiz ötüşməyib. O, “sən kimə lazımsan” yazan izləyicisinə “Floraya” deyə cavab verib.
Xatırladaq ki, Xalq artisti Flora Kərimova ilə qalmaqal yaşayan Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında şikayətlə bağlı Binəqədi Rayon Məhkəməsində araşdırma aparılırdı.
A.Fərmanqızı məhkəmələrə dəfələrlə gəlmədiyi üçün cinayət işi üzrə icraat müvəqqəti dayandırılıb və onun barəsində həbssiz axtarış elan olunmuşdu.
Qeyd edək ki, xüsusi ittihamçı Afət Fərmanqızını Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham edirdi.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Kimin #etirazı #var #qabağıma #çıxsın