fbpx

Kimin pensiyası nə qədər artdı? – Konkret rəqəmlər AÇIQLANDI

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Prezident İlham Əliyev “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamla pensiya məbləği və eləcə də kapitalının indeksasiyası ilə yanaşı, əmək pensiyaçılarına rüblük yardımların edilməsi nəzərdə tutulub. Yardım COVID-19 pandemiyasının, habelə beynəlxalq bazarlardakı qiymət artımlarının ölkədaxili inflyasiyaya və əmək pensiyaçılarının sosial rifahına mənfi təsirlərinin yumşaldılmasına xidmət edir”.

Metbuat.az xəbər verir ki, bu fikiləri iqtisadçı deputat Vüqar Bayramov ölkə başçısının “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 8 fevral 2022-ci il tarixli sərəncamını şərh edərkən bildirib.

Rüya tabirlerini burdan oku

Deputatın sözlərinə görə, əmək pensiyasının məbləği 2021-ci ildəki orta aylıq məbləğinə, pensiya kapitalı isə illik infilyasiya səviyyəsinə indeksasiya olunacaq.

“Ötən il orta aylıq əmək haqqı 3.4 faiz artıb, rəsmi infilyasiya səviyyəsi isə 6.7 faiz olub. Qeyd edək ki, indeksləşdirməyən artımlar bütün növ əmək pensiyalarına şamil olunur. “Əmək pensiyaları haqqında” qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyalarının 3 növü təsbit olunub. Bunlar yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyasıdır. Deməli, vətəndaşımız növündən asılı olmayaraq əmək pensiyası alırsa, onun pensiya məbləğinə artım hesablanacaq”.

V.Bayramov deyib ki, sənəddə əmək pensiyaçılarına il ərzində yardımın nəzərdə tutulması həmin vətəndaşlarımızın sosial təminatının gücləndirilməsi baxımdan vacib addımdr.

“Həmin vəsait rüblər üzrə bölünməklə pensiyaçılara ödəniləcək və ilkin ödəniş fevral ayının pensiyaları ilə birgə veriləcək. Eyni zamanda, yanvar ayı üçün nəzərdə tutulan indeksasiya artımı da fevral ayının pensiyası ilə birlikdə ödəniləcək.

Son sərəncamda nəzərdə tutulan yardım orta pensiya alan vətəndaşlarımızın pensiya məbləğlərində artımlara təsir göstərəcək. Belə ki, 250 manat pensiya alan vətəndaşımızın pensiya məbləğinə aylıq olaraq orta hesabla 17 manata (200 manat/12) yaxın əlavə deməkdir. Bu 250 manat pensiya alan vətəndaşımızın pensiya məbləğində 6.6 faiz artım deməkdir (17 manat/250 manat X 100.0%). Indeksasiya faizini də nəzərə aldıqda bu 250 manat pensiya alan vətəndaşımızın pensiya məbləğinin son sərəncamla 10.0 faiz (6.6 % +3.4 %) artacağı anlamına gəlir.

Nəzərdə tutulan yardım 300 manat pensiya alan vətəndaşımızın pensiya məbləğində isə 5.6 faiz artım deməkdir (17 manat/300 manat X 100.0%). Indeksasiya faizini də nəzərə aldıqda bu 300 manat pensiya alan vətəndaşımızın pensiya məbləğinin 9.0 faiz (5.6 % +3.4 %) artmasıdır”.

Deputat bildirib ki, sənədlə Nazirlər Kabinetinə bir ay müddətində maddi yardımın 2023-cü il yanvarın 1-dən etibarən onun şamil edildiyi əmək pensiyaçılarının illik pensiyalarının tərkibinə daxil edilməsinə dair təkliflərini Azərbaycan Prezidentinə təqdim etməsi tapşırılıb. Eyni zamanda, sərəncam qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxsləri də əhatə edir.

“Belə ki, dövlət başçısı tərəfindən Nazirlər Kabinetinə bu kateqoriyadan olan pensiyaçıların pensiyalarının indeksləşdirilməklə artırılması, habelə 2022-ci il üzrə maddi dəstəyin göstərilməsinə dair təkliflərini 1 ay müddətində təqdim edilməsi tapşırılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxslər 99 min nəfərdir və əsasən pensiyaya çıxmış hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçuları və başqalarından ibarətdir. Yeni sərəncam isə bu şəxslərə də 2022-ci ildə dövlət dəstəyinin göstərilməsinə və ümumi pensiya məbləğlərinin hər il artırılmasına imkan yaradacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hesablamalarına görə, pensiyaların 2022-ci ilin əvvəlindən indeksləşdirilərək artırılması və maddi yardım verilməsi pensiyaçıların 92 %-ni və ya 1,1 milyon nəfəri əhatə edəcək və bu məqsədlər üçün il ərzində əlavə olaraq 352 milyon manat xərclənəcək”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu