fbpx

Kimlər separatçıların “seçkilərini” tanımadıqlarını bəyan etdi?

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, sentyabrın 9-da Qarabdakı separatçı rejim “seçki” keçirərək Arayik Arutyunanın yerinə Samvel Şahramanyanı “rəhbər” seçiblər.

Metbuat.az xəbər verir ki, bundan sonra isə dünyanın bir çox ölkələri qondarma seçkiləri tanımadıqlarını bəyan etdi.

Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayaraq seçkiləri tanımadılarını bildirib: “Türkiyə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün pozulmasını ifadə edən bu qanunsuz seçkiləri tanımır. BMT-ni və beynəlxalq ictimaiyyəti bu seçkiləri tanımamağa çağırırıq”.

Bundan başqa, Ukrayna XİN Azərbaycanın Qarabağ ərazisində keçirilmiş qondarma “prezident seçkiləri”ni pisləyib.

Həmçinin Moldova XİN, Pakistan XİN, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Avropa Xarici Fəaliyyət Xidməti, Böyük Britaniyanın Azərbaycandakı səfiri, Qarabağ bölgəsində keçirilən qanunsuz “seçkiləri” pisləyib.

Gürcüstan Xarici İşlər Nazirliyi də Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini, Qarabağdakı “prezident seçkiləri”ni tanımadığını bəyan edib.

Bu siyahıya həmçinin Özbəkistan XİN-nin bugünkü paylaşımı da daxildir: “Özbəkistan dost Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, onun daxili işlərinə hər hansı müdaxiləni pisləyir və 2023-cü il sentyabrın 9-da Qarabağda keçirilmiş “prezident seçkiləri”ni tanımır”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Kimlər #separatçıların #seçkilərini #tanımadıqlarını #bəyan #etdi

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin