fbpx

“Kinder”lə bağlı əhaliyə daha bir

BEY.AZ informasiya agentliyi xəbər verir


İtaliyanın “Ferrero” şirkətinin yenilənmiş məlumatına əsasən, şirkətin Belçikada yerləşən müəssisəsində istehsal olunan bəzi məhsullarında (Kinder Mini Eggs 75 qr, Kinder Egg Hunt Kit 150 qr, Kinder Surprise 100 qr, Kinder Schokobons 200 qr, Kinder Surprise 20 qr, Kinder Surprise 20 qr *3) salmonella olması ehtimalı ilə bağlı həmin məhsul partiyaları geri çağırılıb.

Metbuat.az xəbər verir ki, bununla bağlı, AQTA tərəfindən aparılan araşdırmalar zamanı həmin məhsulların 3 şirkət tərəfindən ölkəmizə idxal olunduğu müəyyənləşdirilib.

Bildirilib ki, eyni zamanda, Agentliyə RASFF vasitəsilə (Avropanın Qida və Yem üzrə Sürətli Xəbərdarlıq Sistemi) bununla bağlı yeni bildiriş daxil olub:

“AQTA tərəfindən qeyd olunan məhsulların dövriyyədən çıxarılması, geri çağırılması ilə bağlı müvafiq tədbirlər görülüb və hazırda bu proses davam etdirilir.

Qeyd edək ki, bugünədək ümumilikdə 198.3 kq məhsulun dövriyyədən çıxarılması təmin olunub.

Agentlik istehlakçıları Belçikada istehsal edilən həmin məhsulları istehlak etməməyə çağırır və qeyd olunan məhsulları satış şəbəkələrində aşkar etdikdə AQTA-nın “1003 – Çağrı Mərkəzi”nə məlumat verilməsini xahiş edir.

AQTA bir daha bəyan edir ki, bu tədbirlər yalnız Belçikada istehsal olunan məhsullara aiddir. Bu məhdudiyyətlər digər ölkələrdə, o cümlədən Türkiyə, Rusiya və s. ölkələrdə istehsal edilən və ölkəmizə idxal olunan məhsullara aid deyil”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin