Kino İttifaqlarının birləşməsi ilə bağlı nazirlikdən REAKSİYA
BEY.AZ informasiya agentliyi xəbər verir
Xəbər verdiyimiz kimi, Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) birləşib.
Metbuat.az-ın sorğusuna cavab olaraq Mədəniyyə Nazirliyindən bildirilib ki, nazirlik hər iki ittifaqın birgə təşəbbüsünü alqışlayır. Birləşən iki ittifaqın idarəetmə məsələləsi ilə bağlı suala isə nazirlik belə cavab verib:
“Növbəti addımlar da ancaq kino ictimaiyyətinin özünün verəcəyi müstəqil qərardır. Öz növbəsində, nazirlik olaraq hər zaman bu sahəyə dəstək göstərməyə hazırıq”.
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri Xalq artisti Rasim Balayev, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) sədri isə Xalq artisti Şəfiqə Məmmədovadır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Kino #İttifaqlarının #birləşməsi #ilə #bağlı #nazirlikdən #REAKSİYA