fbpx

Kino sahəsində vəziyyət ürəkaçan deyil

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Razılaşmalıyıq ki, Azərbaycanda əsl bədii kino arxa plana çəkilib. Azərbaycan kino mədəniyyəti özünün böhran mərhələsini keçə bilmir”.

Bu fikirləri Metbuat.az-a Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib. Kulturoloqun sözlərinə görə, Azərbaycanda kino sahəsində böhran davam edir, formatı dəyişmək zəruridir:

“Kinematoqrafiya bədii estetik dəyərləri ilə tarixin arxivinə keçir. Biz və bizim kimi əhalisi az, kino sənayesi və kino biznesi zəif olan ölkələrdə sovet dövründə olan inkişaf və sənət nümunələri arxivdə qalmaqdadır. Kino sənayesi Azərbaycanda əvvəlki kimi inkişaf edə bilməz. Dünyada bir neçə kino mühiti var, ABŞ, Hindistan, Yaponiyanı və s. misal göstərə bilərik. Azərbaycanda kino məktəbi dağılıb.

Rüya tabirlerini burdan oku

Prezidentin fərmanı ilə Kino Fondu yaradıldı, Mədəniyyət Nazirliyində Kino şöbəsi var idi. Həmçinin kino ilə bağlı ictimai təşkilatlar yaradılıb. Onların bəziləri aktiv olsa da, bəziləri zəifdir. Bu qədər təsisatlar yaradılsa da, kino öz yerində addımlayır. Azərbaycan kino sənayesi, kinoteatların sayı, tamaşaçıların kinoya olan həvəsi baxımından digər ölkələrdən geri qalır”.

Aydın Xan Əbilovun sözlərinə görə, kino sahəsinin inkişafından asılı olan qurumlar gənc nəslin nümayəndələrini bu işə cəlb edərək müasir kino sahəsi ilə ayaqlaşmaq üçün çabalamalıdır:

“Kinomuzun inkişafını bir neçə istiqamətdə görürəm. Birincisi, internetdə bizim mədəniyyətimiz və tariximizlə bağlı kontent yaradılmalıdır. Kontent deyəndə qısametrajlı filmlər, animasiyalar, serialları nəzərdə tuturam. Ola bilər ki, qlobal internet yayım şirkətləri ilə birgə müxtəlif layihələr həyata keçirə bilərlər. İkincisi, sırf festivallar üçün müəllif filmləri göndərilməlidir. Dövlət, müvafiq qurumlar oraya maliyyə ayırmalıdır. Bilməlidir ki, bu, yenidən pul götürmək üçün yox, Azərbayca kinosunu elitar bir incəsənət olaraq dünyada tanıtmaq üçündür.

Kommersiya kinosuna toxunmaq olmaz. Onlar özləri pul taparaq filmlər çəkib, layihələrdə iştirak etsinlər. Bu baxımdan bizim kinomuzla bağlı çox böyük problemlərimiz var. Kinorejissorlar Gildiyası kiçik bir QHT-yə çevirilib. Kino Agentliyinin hələ də nə iş görəcəyi bəlli deyil. Düzdür, müsabiqə elan edilib, şura yaradılıb. Amma şurada gənc nəslin nümayəndələri yoxdur.

Sosial şəbəkələrin müxtəlif platformalarında kontentlər yaradan yeni nəslin nümayəndələrini oraya dəvət etmək lazımdır. Qısa və müəllif filmləri istehsal edən rejissorları, kinoşünasları, kulturoloqları, kino biznesi ilə məşğul olanları orada görməli idik. Bu səbəbdən vəziyyət heç də ürəkaçan deyil”.

Yazıçı həmçinin hazırda format cəhətdən kinonun “əzab” çəkdiyini qeyd edir:

“Təkliflər, tənqidlər səslənəndən sonra çıxış yolu tapmalıyıq. Azərbaycan kino sənətində inanmıram ki, köklü dəyişikliklər olsun. Dünya kino sənayesində olduğu kimi, Azərbaycanda da tamaşaçılar kinodan təmtəraqlı nəsə gözləmirlər. Ondansa, filmlərin formatı, estetikası dəyişməlidir. Yeni nəslə yönəlik filmlər çəkilməlidir. Qarabağ müharibəsi ilə bağlı filmlər çəkilsə də, bəyənilmədi. Hələ də məişət səviyyəsində müzakirə edilən qadın bakirəliyi, namus, qeyrət predmet olaraq işıqlandırılır. Tarixi prosesləri işıqlandıran filmlər göstərə bilərsinizmi? Dissident ruhlu, cəmiyyətin qruplarına qarşı kulturoloji müqaviməti əks etdirən filmlər görürükmü? Yaxın gələcəkdə filmlərimizdən “Oscar” mükafatı, kinonun çiçəklənməyini, “Arşın mal alan”, “Bəxtiyar” kimi filmləri gözləməyin. Sadəcə gözləyək ki, yeni nəsil gələcək və kinoda islahatlar aparacaq”.

Gülər Seymurqızı



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Kino #sahəsində #vəziyyət #ürəkaçan #deyil

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu