fbpx

Kirayə mənzil bazarında “ot tutan” qiymətlər

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Artıq yeni tədris ili başlayır. Bu da o deməkdir ki, paytaxta tələbə axını başlayacaq. Kirayə mənzil bazarında yenidən aktivlik yaranacaq.

Bəs hazırda paytaxtın kirayə mənzil bazarında vəziyyət nə yerdədir?

Metbuat.az-a danışan Bakıda Daşınmaz Əmlakın alqı-satqısı, kirayəsi məsələləri ilə məşğul olan “M STATE” agentliyinin rəhbəri Məcid Məcidov bidirdi ki, hazırda qiymətlərdə kəskin artım var. Tələbələr üçün təklif edilən qiymətlər də “cib yandıran” qiymətlərdir:

Rüya tabirlerini burdan oku

“Hazırda kirayə mənzillərin qiyməti bahalaşamağa davam edir. Bundan 15-20 gün qabaq 300-350 manata təklif olunan evlərin qiyməti bu gün 400-450 manata təklif olunur. Nəzərə alsaq ki, yeni tədris ili əlaqədar Bakıya tələbə axını olacaq, bu qiymətlər heç də ciblərinə uyğun deyil, hətta həddin artıq bahadır. Əvvəllər tək nəfərlik evlər üçün münasib qiymətlər var idisə, indi tək nəfərlik üçün evlərin qiyməti 100 manatdan başlayır. Bu gün deyək ki, bir tələbə 1 və ya 2 otaqlı normal ev kirayə tutursa, bunun üçün qiymətlər 350, 400, 500 manatdan başlayır.

Daşınmaz əmlakın istər satışı, istərsə də kirayə qiymətləri günü-gündən artır. Əvvəlki qiymətlərlə müqayisədə demək olar ki, 10-20% arası artım var.

Həmçinin şəhərin mərkəzində turistlər üçün günlük verilən kirayə mənzillərin qiymətində də hazırda 20-30% artım var. Bu da ölkəyə turist axınının çox olması ilə bağlıdır”.

Əmlak eksperti Elnur Fərzəliyev bildirir ki, hazırda paytaxtın kirayə mənzil bazarında müşahidə edilən bahalıq həm də köhnə binaların yeni binalarla əvəz olunmasındadır. Belə ki, Bakının pilot layihəsi üzrə söküntü işlərinə görə, həmin mənzildəki vətəndaşlar müvəqqəti olaraq kirayə mənzillərə köçürlər. Bu da hazırkı duruma gətirib çıxarır:

“2016-cı ildən başlayaraq Bakıda pilot layihələr üzərində söküntü işləri gedir. Köhnə, istismar müddəti bitən binalar sökülür, yerinə isə çoxmərtəbəli yeni binalar tikilir. Bu binalar sökülən zaman sakinlər 2 və ya 3 il müddətinə yeni mənzil təhvil verilənə qədər kirayə yaşamalı olurlar. Sökülən hər binada çox sayda kirayəlik mənzillər olurdu. Köhnə 4-5 mərtəbəli binalarda ortalama birotaqlı mənzillərin qiyməti 300 manat, ikiotaqlı 400, üçotaqlı 500 manata təklif olunurdu. Lakin söküntü səbəbindən paytaxta yaxın ərazilərdə ucuz kirayəlik mənzillər tapmaq həm tələbələr, həm də yerli sakinlər üçün çətinləşib. Bu proses çox sürətlə davam edir. Gözləntilər var ki, yaxın 10 ildə mərkəzə yaxın ərazilərdə kirayəlik mənzillərin sayı çox az sayda olacaq. Sökülən hər binanın yerində ucaldılan yeni yaşayış mənzilində qiymətlər köhnə binalardan 2 dəfə baha olacaq. Yəni köhnə binalarda bir otaqlı mənzil 300 manata təklif edilirdisə, yeni binalarda bu, təxminən 500 manatadadır. İkiotaqlı mənzillər 600 manatdan başlayır, üçotaqlı mənzillər isə 700 manatdan.Paytaxtda bu gün çox sayda yeni binalarda kirayəlik mənzillər var ki, kəskin baha olduğuna görə, boş qalıb”.

Şəkilin açıqlaması yoxdur.

Ekspertin sözlərinə görə, hazırda tələbələr üçün ev tapmaq çətin olacaq. Onların məcburən bahalı mənzillərə kirayə ödəməsinə digər səbəb də yataqxana problemidir.

“Tələbələrə gəlincə, artıq onların da kirayə bazarına girişi başlayır. Artıq ildən-ilə bu məsələ çətinləşib. Buna səbəb də ali təhsil müəssisələrində yataqxanaların sayının az olmasıdır. Əvvəllər tələbələr üçün yataqxanalar var idi. Lakin Ermənistanın işğalı ilə həmin yataqxanalarda məcburi köçkünlər yaşamağa başladı. Hazırda isə həmin yataqxanalar yararsız vəziyyətdədir. Gələcəkdə həmin ərazilərdə yeni yataqxanaların tikilməsi həm tələbələr üçün ev problemini həll edə bilər, həm də yerli sakinlər üçün rahatlıq olacaq. Kirayə mənzil bazarında da seçim çox olacaq. Bu səbəbdən də düşünürəm ki, hazırda rayondan gələn tələbələrin Bakıda evlə təmin olunmasında çətinliklər olacaq”.

Gülər Seymurqızı



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu