fbpx

“Kişinin bir gecəlik səhvi xəyanət deyil”

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Siz xəyanət nəyə deyirsiniz? Kişinin bir gecə təsadüfən hansısa hərəkətinə? Təsadüfdürsə, xəyanət deyil. Kişilər indi məni alqışlayacaq”.

Metbuat.az xəbər verir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva “Düzünə qalsa…” verilişində qonaq olarkən deyib. O, kişilərin xəyanətindən və fədakar xanımlardan danışıb:

“Artıq qadın olaraq mən başqa səviyyədən danışıram. Əvvəla, xəyanət evin içinə giribsə, orda öncə münasibətləri araşdırmaq lazımdır. Yox əgər sevgi bitməyibsə, insanlıq halıdır. İnsan səhv edə bilər. Allah izn verməsə idi, səhv, günah, xəta olmazdı yer üzündə. İdeal insan yoxdur. Burada önəmli bir məsələ var. Qəsdənmi edib yoxsa nə edibsə, o mənim gözümdəmi xəyanət sayılır?! Qəsdən edibsə, heç. Yox, əgər, bilərəkdən deyil, düşünmədən olubsa, orda hər kəsin yanaşması fərqli olacaq. Ailə var ki, elementar şeylərdən elə böyük skandal çıxarır, ailələr də var ki, elə ciddi məsələlərə dözüblər fədakarlıq edərək… Mən dəhşətə gəlirəm ki, ay ana, bu fədakarlıq sənə lazım idi? Qurban getdi sənin ömrün. Sən ikinci dəfə yaşayacaqsan ki, bunları düzəltmək üçün!? Axırda da deyirlər ki, dözməyəydin. Dəyər, qiymət vermir kişilər. Xırda bir şeydən fil düzəldirik amma ciddi məsələyə niyə dözürsən? Sənə kimsə gətirib ömrünü bağışlamayacaq ki, gəl təzədən yaşa. Belə şey yoxdur!”

Rüya tabirlerini burdan oku






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Kişinin #bir #gecəlik #səhvi #xəyanət #deyil

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu