fbpx

KİV və uşaq hüquqları

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Mövcud problemlər

“Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunu, “Media haqqında” Azərbaycan Respublikasının qanunu, “İnformasiya əldə etmək haqqında ”Azərbaycan Respublikasının qanunu, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun, o cümlədən, “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları” yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımına həssas yanaşmağı, lazımi anda məhdudiyyətlər tətbiq olunmasını şərtləndirir.

2013-cü ildən başlayaraq, ənənəvi KİV-də informasiya yayımı üçün nəzərdə tutulmuş şərtlərin internet informasiya resurslarına da şamil edilməsi üçün addımlar atılır. 2013, 2015 və 2016-cı illərdə həm Cinayət Məcəlləsinə, həm də Mülki Məcəlləyə bu yöndə əlavə və dəyişikliklər edilib. Bütün bunlar göstərir ki, KİV-lərdə yayımına qanunla məhdudiyyət qoyulan informasiyaların internet informasiya resurslarında, o cümlədən, sosial şəbəkə platformalarında yayımı da eyni formada məhdudlaşdırılır. Bu dəyişikliklər uşaqlar haqqında informasiya yayımının şərtlərini də əhatə edir.

Rüya tabirlerini burdan oku

Amma qanunların əhatəli, təkmil olmasına rəğmən, xəbər istehsalçılarının ya bilgisizlikdən, ya da bilərəkdən bu prinsipləri pozması halları intensiv olaraq qalır. Xüsusi olaraq, cinayət hadisələrinin iştirakçısına, yaxud, qurbanına çevrilmiş uşaqların ad və soyadlarının, ünvanlarının dəqiqliklə təqdim edilməsi, valideynlərinin, himayəçilərinin, hüquqi təmsilçlərinin rəyini nəzərə almadan bu tip məlumatların ictimailəşdirilməsi halları daha çox diqqət çəkir. Xəbər istehsalçılarının belə davranışları ciddi problemlərə yol açır, uşaqların gələcək həyatlarını çətinliklərlə qarşı-qarşıya qoyur.

Təcrübə göstərir ki, qanunlara əlavə və dəyişikliklər edilməsi ilə paralel şəkildə maarifləndirmə işlərinin aparılmasına da ehtiyac vardır. Onlayn xəbər istehsalçıları yayımına qanunla məhdudiyyət tətbiq edilən informasiyalar barədə bilgiləndirilməli, bu prinsiplərə əməl etmələri üçün müəyyən vərdişlərə yiyələnməlidirlər. Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birliyinin icra etdiyi “Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımını məhdudlaşdıran şərtlər” mövzusunda tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırladığımız bu məqalələr də xəbər istehsalçılarının maarifləndirilməsinə xidmət edir. Ümumi sayı 5 olacaq məqalələrdə xəbər istehsalçılarına yayımına qanunla məhdudiyyət tətbiq edilən informasiyalar, xüsusilə, yetkinlik yaşına çatmayanlar haqqında informasiya verilməsini məhdudlaşdıran şərtlər barədə bilgi veriləcək, təsəvvürlər formalaşdırılacaq.

Nəzəriyyəçilər qeyd edirlər ki, sosial şəbəkə platformaları müstəvisində informasiya yayımı şərtlərinin intensiv şəkildə pozulmasının səbəbləri arasında ilk yerisosial şəbəkə istifadəçilərinin media savadlılığının yetərincə olmaması tutur. Ənənəvi mediada çalışanlar həm hüquqi prinsiplər, həm də “Junalistlərin peşə davranış qaydaları” barədə bilgili olduqlarından, xəbər istehsalı zamanı bu məqamlara diqqətlə yanaşırlar. Sosial media istifadəçiləri ilə bağlı durum isə fərqlidir.

Azərbaycanda internet istifadəçilərinin sayı, ümumi ölkə əhalisinin 80 faizini əhatə edir. Əhalinin 50 faizdən çoxu sosial media fəalıdır. Bu əhatəyə daxil olan insanların təhsili, sosial statusları fərqli olduğu kimi, internet üzərindən yaydıqları informasiyaların keyfiyyəti də müxtəlifdir. Yaydıqları informasiyalar “məhdudiyyət prinsipi”nin pozulması baxımdan “zəngindir”. Sosial media istifadəçilərinin “Şəxsi həyat sirrinin qorunması”, “dövlət sirri”, “kommersiya sirri”, “müəllif hüquqları” kimi anlayışlarla yanaşı, “Yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımını məhdudlaşdıran məqamlar”a yanaşmaları da problemlidir. Hansı ki, “İnformasiya əldə etmək haqqında ”Azərbaycan Respublikasının qanunu (maddə 37), o cümlədən, “Uşaqların zərərli informasiyalardan müdafiəsi haqqında” qanun, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun təkcə ənənəvi media təmsilçilərindən deyil, sosial media istifadəçilərində də yetkinlik yaşına çatmayanlar haqqında informasiya yayımına həssas yanaşmanı, lazımi anda məhdudiyyətlər tətbiq edilməsini şərtləndirir.

Media savadlılığının artırılması yönündə görülən işlərin, maarifləndirmə proqramlarının bu sahədə problemləri aradan qaldırılmasına yardım göstərəcəyini düşünürük. Bu kontekstdə uşaq hüquqları və onların qorunmasının hüquqi əsasları barədə bilgi verilməsini də faydalı sayırıq.

“Uşaq hüquqları” hüquqi anlayış kimi

Uşaq hüquqları uşaqların sahib olduqları təhsil, səhiyyə, yaşama, sığınma, fiziki, psixoloji və ya cinsi istismara məruz qalmama kimi hüquqların hamısını birgə əhatə edən unversal anlayışdır. Uşaq hüquqları, insan hüquqları içərisində özünə xüsusiyer tutur və Cenevrə Uşaq Hüquqları Bəyannaməsi ilə qoruma altına alınır.

Beynəlxalq və milli qanunlarla qoruma altına alınmasına rəğmən, hazırda dünyanın bütün nöqtələrində uşaq hüquqları fərqli səbəblərdən intensiv şəkildə pozulur. Beynəlxalq Aministiya Təşkilatının bildirdiyinə görə, az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə, uşaqların əmək istismarı, pornoqrafiya, zorakılıq, qanundan kənar müdaxilələr kimi mənfi faktorlar içərisində uşaq hüquqlarının pozulması daha böyük ölçüdədir. Təşkilatın hesabatında vurğulanır ki, uşaqlara yönəlik hüquq pozuntuları özünü informasiya yayımı müstəvisində də büruzə verir.

Uşaqların malik olduqları müstəsna hüquqlar və hüquqi normalar

Azərbaycan Respublikasında uşaqların hüquq və azadlıqlarının qorunması istiqamətində sistemli şəkildə iş aparılır. 1995-ci ildə qəbul edilən Konstitusiyanın 17-ci maddəsi bilavasitə “Ailə, uşaqlar və dövlət” başlığı daşıyır. Ailə cəmiyyətin əsas özəyi hesab edilir və dövlətin xüsusi himayəsində olduğu bildirilir.

Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcu kimi göstərilir. Bu borcun yerinə yetirilməsinə dövlətin nəzarət etdiyi xüsusi vurğulanır.

Konstitusiya istinad edilərək, uşaqların hüquqularını qorumaq üçün digər çoxsaylı qanunlar və hüquqi aktlar qəbul edilibdir. İnformasiya yayımı platformalarında uşaq hüquqularının qorunması prinsipi də bu qəbildəndir. Bu istiqamətdə qanunvericilikdə xeyli qoruyucu mezanizmlər inkişaf etdirilmiş, yeni, müasir normalar mənimsənmişdir.

Məqalə Azərbaycan Jurnalistlərinin Həmrəyliyi Komitəsi İctimai Birliyi
tərəfindən, Murad Ələsgərlinin müəllifliyi ilə hazırlanıb.


Hazırladığımız məqalələr maarifləndirici xarakterlidir. KİV təmsilçilərində yetkinlik yaşına çatmayanlar haqqında informasiya verilməsini məhdudlaşdıran şərtlər barədə təsəvvür formalaşdırmaq məqsədi daşıyır.

Fəaliyyət Azərbaycan Jurnalistlrinin Həmrəyliyi Komitəsi İctimai Birliyi (AJHK İB) tərəfindən icra olunan “Uşaqlar haqqında informasiya yayımının şərtləri” mövzusunda tədbirlərin təşkili” adlı layihəçər çivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Proqram çərçivəsində ümumilikdə 5 məqalənin dərc edilməsi nəzərdə tutulub.


AZƏRBAYCAN RESPUBLİKASININ

QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA

DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#KİV #və #uşaq #hüquqları

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu