“Kiyevə yardımımız davam edəcək” – Dövlət Departamenti
“ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Keir Starmer arasında keçirilən görüş Ukraynanın Rusiyaya ABŞ silahları ilə zərbə endirməsinə mümkün icazə ilə bağlı ABŞ-nin siyasətindəki dəyişikliyə təsir etməyib”.
BEY.AZ xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə bildirib. Eyni zamanda, Miller əlavə edib ki, Birləşmiş Ştatlar Ukraynaya bu müharibədə qalib gələ bilməsi üçün mümkün dəstək yollarını müzakirə etməyə davam edəcək.
Miller qeyd edib ki, ABŞ Ukraynaya qalib gəlməsi üçün texniki vasitələr və kəşfiyyat məlumatları verir:
“Biz həmişə ukraynalılarla onların nəyə ehtiyacı olduğunu və onlara ən yaxşı şəkildə necə dəstək ola biləcəyimizi müzakirə edirik”.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |