Kiyev istiqamətində irəliləyən hərbi karvan dayandı: Rusların planı iflasa uğradı
BEY.AZ informasiya agentliyi xəbər verir
Kiyev istiqamətində irəliləyən Rusiya ordusunun hərbi karvanı paytaxtdan təqribən 25 kilometr məsafədə dayanıb.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ-ın “Maxar” şirkəti peyk görüntüləri yayıb. Hərbi karvanın hansı səbəbdən dayandığı məlum olmasa da, ABŞ tərəfi bir ehtimal irəli sürüb. Pentaqondakı mənbədən bildirilib ki, uzunluğu 64 kilometrə çatan hərbi karvan böyük ehtimalla palçığa batıb. Üstəlik hərbi texnikaların yanacağı tükənib.
Pentaqondakı mənbənin sözlərinə görə, son bir neçə gün ərzində Rusiya ordusu Ukraynada ciddi irəliləyiş əldə edə bilməyib. Rusiya ordusu Ukrayna sərhədlərinə cəmləşdirdiyi qüvvələrin artıq 95 faizini istifadə edib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.