Kiyevdə komendant saatı tətbiq edilir
BEY.AZ informasiya agentliyi xəbər verir
Kiyevdə saat 22:00-dan səhər saat 07:00-dək komendant saatı elan edilib.
Metbuat.az xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko “Ukrayna 24” telekanalının efirində deyib.
“Bu, indiki hərbi təcavüz və hərbi vəziyyət şəraitində paytaxt sakinlərinin təhlükəsizliyi üçün zəruridir. Komendant saatı zamanı ictimai nəqliyyat işləməyəcək. Eyni zamanda, ətrafda metro stansiyaları 24 saat sığınacaq kimi fəaliyyət göstərəcək”, – deyə Kiyev meri bildirib.
O, kiyevlilərə müraciət edərək deyib ki, vaxtında evlərinə qayıtsınlar:
“Əgər komendant saatı zamanı şəhərdə hərəkət etmək mütləqdirsə, xüsusən də mühüm infrastruktur müəssisələrinin növbəli işçiləri, şəxsiyyəti təsdiq edən sənədlərin olması mütləqdir”.
Çerkassi və Dnepr vilayətlərində də saat 22:00-dan səhər saat 06:00ödək komendant saatı tətbiq ediləcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.