fbpx

Kiyevdə təxliyə olunmağı gözləyən insanlara atəş açılıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Kiyev vilayətinin Buça şəhərində rus hərbçiləri təxliyə olunmağı gözləyən insanlara atıcı silahlardan atəş açıb, bir nəfər yaralanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. Bildirilir ki, faktla bağlı cinayət işi açılıb.

İstintaqın məlumatına görə, hadisə baş verən gün – martın 11-nə keçən gecə Rusiya silahlı qüvvələri, eyni zamanda Brovarski rayonunun Barışevka kəndini qanadlı raketlərdən atəşə tutub. Nəticədə biri jurnalist olmaqla 6 nəfər xəsarət alıb. Yaşayış binalarına ziyan dəyib, infrastruktur obyektləri qismən dağılıb.

Rüya tabirlerini burdan oku

Prokurorluq onu da xatırladıb ki, bir gün əvvəl növbəti artilleriya hücumu nəticəsində Buçada yaşayış binaları dağıdılıb, yerli sakin qəlpə yaraları alıb, İrpendə isə hərbi əməliyyatlar nəticəsində ev partladılıb, bir nəfər ölüb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu