fbpx

Klinikadan oğurluq edən şəxs saxlanıldı

BEY.AZ informasiya agentliyi xəbər verir


Nərimanov rayonunda klinikalardan oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Nərimanov rayonunda yerləşən özəl tibb müəssisələrindən birindən oğurluq edilib. Həmin klinikada çalışan zərərçəkən otağında nəzarətsiz qalan çantasından 370 manat, qızıl-zinət əyaları, bank kartlar və sənədləri olan pul kisəsinin oğurlandığını bildirib. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin hadisəni törtməkdə şühəli bilinən əvvəllər məhkum edilmiş Kamran Quliyev saxlanılıb. O, ifadəsində etdiyi oğurluğu etiraf edibb. Ətrafında aparılan araşdrımalar zamanı Kamran Quliyevin ötən ilin avqust ayında daha bir özəl klinikada çalışan həkimin çantasından 600 manat oğurladığı sübuta yetirilib.

Qeyd edək ki, saxlanılan şəxsin etdiyi oğurluqlar təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb. Faktlarla bağlı saxlanılan şəxs barəsində 16-cı Polis Bölməsində toplanan materiallar Nərimanov RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onun digər analoi cinayətlər törətməsi istisna edilmir. Kamran Quliyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa ərazi polis orqanlarına, “102” Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin