KOBİA Gürcüstanın Ticarət və Sənaye Palatası ilə Memorandum imzalayıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Tbilisində keçirilmiş Azərbaycanla Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 9-cü iclası çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Gürcüstanın Ticarət və Sənaye Palatası arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Metbuat.az-a KOBİA-dan verilən məlumata görə, sənədi qurumun İdarə Heyətinin sədri Orxan Məmmədov və Palatanın prezidenti Georgi Pertaya imzalayıb.
Anlaşma Memorandumunda Azərbaycan və Gürcüstan KOB-ları arasında əlaqələrin genişləndirilməsi sahəsində əməkdaşlıq, ticarət, investisiya və sahibkarlıq sahəsində informasiya, KOB-lara göstərilən dəstəyə dair təcrübə mübadiləsi və digər məsələlər nəzərdə tutulur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#KOBİA #Gürcüstanın #Ticarət #və #Sənaye #Palatası #ilə #Memorandum #imzalayıb