fbpx

KOBİA və İranın Kiçik Sənaye və Sənaye Parkları Təşkilatı arasında memorandum imzalanıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Martın 11-də Bakıda keçirilmiş Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclası çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və İranın Kiçik Sənaye və Sənaye Parkları Təşkilatı (ISIPO) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Metbuat.az xəbər verir ki, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İran İslam Respublikasının yollar və şəhərsalma nazirinin müavini Xeyrulla Xadəmi imzalayıblar.

Memoranduma əsasən tərəflər sahibkarlıq üzrə təlim, seminar, mübadilə proqramlarının təşkili sahəsində əməkdaşlıq edəcək, KOB-ların rəqabətqabiliyyətini dəstəkləmək və qarşılıqlı olaraq bazarlara çıxışının genişləndirilməsi üçün sənaye parklarında iştirak təşviq olunacaq, innovativ sahibkarlıq və informasiya texnologiyaları transferinin asanlaşdırılması üçün tədbirlər görüləcək, İran və Azərbaycanın kiçik müəssisələrinin iştirakı ilə biznes assosiasiyaların yaradılmasına dəstək üçün qarşılıqlı biznes missiyalar, görüşlər və səfərlər təşkil olunacaq, KOB-ların məhsul və xidmətlərinə, birgə müəssisələrin yaradılması imkanlarına, tədbirlər və sərgilərə dair qarşılıqlı məlumat mübadiləsi aparılacaq.


Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin