fbpx

Köçəryan məhkəmədə dindirildi – Ermənistanın keçmiş prezidenti külli miqdarda rüşvət almaqda ittiham olunur

BEY.AZ informasiya agentliyi xəbər verir


Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan keçmiş prezident Robert Köçəryanın və baş nazirin keçmiş müavini Armen Gevorqyanın işi üzrə dindirilib.

Metbuat.az xəbər verir ki, bu açıqlamanı baş prokurorun müavini və Köçəryanın işi üzrə prokurorlardan biri Gevork Bağdasaryan jurnalistlərə açıqlamasında bildirib.

“O, dindirilib. Bu işdə o, şahid statusundadır. Başqa təfərrüat verə bilmərəm”, – Baqdasaryan məhkəmə iclasından sonra deyib.

Bundan əvvəl prokuror Petros Petrosyan ittihamın yekun hissəsində bildirmişdi ki, iş adamı Silva Hambardzumyan Vardan Oskanyanın tanışı vasitəsilə rüşvəti köçürmək üçün Armen Gevorqyan və Robert Köçəryana müraciət edib. Oskanyan bildirib ki, Gevorqyanın adından pul iş adamı Samvel Mayrapetyana verilməli idi.

Xatırladaq ki, eks-prezident Robert Köçəryan və hökumət sədrinin keçmiş müavini Armen Gevorqyan cinayət işi üzrə ittiham olunurlar. Köçəryan xüsusilə külli miqdarda rüşvət almaqda, baş nazirin keçmiş müavini isə çirkli pulların yuyulmasında ittiham olunur.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin