Kolbasa alarkən buna diqqət edin
“İşlənmiş ət məhsullarından olan kolbasa və sosiskalar var ki, bunların insan orqanizminə faydalarından çox zərəri var”.
Bu sözləri BEY.AZ-a açıqlamasında sağlam qidalanma üzrə ekspert Məhsəti Hüseyova deyib. O bildirib ki, məhsul keyfiyyətli şəkildə istehsal olunursa, həmin məhsulun 80 faizi təmiz ətdən təşkil olunmalıdır:
“Ancaq bu gün satılan kolbasa və sosislər qiymətinin ucuzluğu ilə və eyni zamanda öz keyfiyyətsizliyi ilə insan orqanizminə daha çox zərər vurur. Çünki ət məhsulu zülal mənşəlidir. Daha tez xarab olmağa meyillidir. Eyni zamanda heyvan mənşəli olduğu üçün bu kimi ətlərdən hazırlanan məhsullarda daha çox kimyəvi maddələrdən istifadə olunur ki, hər hansısa bakteriya və virusa yoluxma halları baş verməsin. Belə olan halda, həmin vurulan kimyəvi maddələr məhsulun tərkibindəki faydalı və zərərli bakteriyaları da məhv edir”.
Onun sözlərinə görə, davamlı olaraq bu məhsullardan istifadə edən insanlarda bağırsaq mikroflorası tamamilə sıradan çıxır.:
“İmmun sistemi aşağı düşür ki, belə olan halda xəstəliyə yoluxma halları daha tez baş verir. Erkən yaşlarda bu kimi qidaları qəbul edən insanlarda inkişafdan geri qalma, daxili orqanların funksiyasının pozulması halları qeydə alınır. Ona görə də, bu məhsulları alarkən mənşəyi bəlli olmalıdır. Üzərində istehsalçı firma haqqında tam məlumatlar göstərilməlidir”.
Seyranə Quliyeva / BEY.AZ
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |