Komanda yoldaşı Mahir Emrelini təhqir etdi
Mahir Emreli Almaniyanın “Nürnberq” klubunun məşqi zamanı komanda yoldaşları Yannik Hofmann və Finn Elç ilə gərginlik yaşayıb.
BEY.AZ “Bild” nəşrinə istinadən xəbər verir ki, Emreli məşq zamanı Yannik Hofmann və Finn Elçlə mübahisə edib. Finn Elç ilə yüngül mübahisə edən futbolçumuz Hofmannla daha ciddi qarşıdurmaya girib. Məşq zamanı sərt oyuna görə narazılığını bildirən Emreliyə cavab olaraq Hofmann onu ingilis dilində təhqir edib.
Hadisə ilə bağlı açıqlama verən komandanın baş məşqçi köməkçisi Ceremi Polenz “Belə emosional vəziyyətlər idmanda normaldır. Şifahi mübahisələr bəzən qaçılmazdır”, – deyə bildirib.
Qeyd edək ki, “Nürnberq” sabah “Hannover 96” ilə səfərdə qarşılaşacaq.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |