fbpx

Komaya düşən meyxanaçının vəziyyəti açıqlandı

Rüya Yorumları burda


İyulun 5-i saat 04:55-də Lənkəran şəhər sakini, 1987-ci il təvəllüdlü Elnur Aydın oğlu Əskərov (Elnur Valeh) dəqiqləşdirilməmiş koma, hemoragik insult diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

BEY.AZ xəbər verir ki, bu barədə Baku.ws-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

“Xəstəyə zəruri ilkin tibbi xidmət göstərilib, instrumental müayinələr aparılıb, xəstənin vəziyyətinə uyğun olaraq Reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Qeyd edək ki, xəstə 16 ildir şəkərli diabet, xroniki böyrək çatışmazlığından əziyyət çəkir, dializ müalicəsi alır”, – deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, tanınmış meyxanaçı Elnur Valehin Lənkəran şəhərində məclislərin birindən çıxarkən halı pisləşdiyi, komaya düşdüyü deyilirdi.



Rüya tabirlerini burdan oku




MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu