fbpx

Konfrans Liqası: Klublarımız cavab oyununa çıxır

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən komandalar bu gün II təsnifat mərhələsində cavab oyunlarını keçirəcəklər.

Metbuat.az bildirir ki, əvvəlcə meydana “Sabah” klubu çıxacaq. Murad Musayevin baş məşqçi olduğu kollektiv “Bank Respublika Arena”da Ltaviyanın RFŞ komandasını qəbul edəcək. Görüş saat 20:00-da başlayacaq. İlk qarşılaşmada Bakı təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlub edib.

“Neftçi” və “Qəbələ”nin oyunları isə eyni saatda – 21:00-da start götürəcək. “Ağ-qaralar” Bosniya və Herseqovinada 2:2 hesablı heç-heçə etdiyi “Jelezniçar”la bu dəfə 8-ci km stadionunda üz-üzə gələcək.

“Qırmızı-qaralar” isə Kiprdə “Omoniya”nın qonağı olacaq. Qəbələdəki matçda eyniadlı komanda rəqibinə uduzub – 2:3.

UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunları
3 avqust

20:00. “Sabah” (Azərbaycan) – RFŞ (Latviya)
Baş hakim: Fedayi San (İsveçrə)
İlk oyun – 2:0
“Bank Respublika Arena”

21:00. “Neftçi” (Azərbaycan) – “Jelezniçar” (Bosniya və Herseqovina)
Baş hakim: Balaş Berke (Macarıstan)
İlk oyun – 2:2
8-ci km stadionu

21:00. “Omoniya” (Kipr) – “Qəbələ” (Azərbaycan)
Baş hakim: Adam Ladebek (İsveç)
İlk oyun – 3:2
Nikosiya, “GSP Arena”



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Konfrans #Liqası #Klublarımız #cavab #oyununa #çıxır

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin