Konfrans Liqası: “Qarabağ” “Marsel”lə qarşılaşacaq
BEY.AZ informasiya agentliyi xəbər verir
“Qarabağ” bu gün UEFA Konfrans Liqasında Fransanın “Marsel” klubu ilə üz-üzə gələcək.
Metbuat.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektivi “Velodrom” stadionunda Bakı vaxtı ilə saat 00:00-da mübarizəyə başlayacaq. Görüşü monteneqrolu FIFA referisi Nikola Dabanoviç idarə edəcək.
“Marsel” və “Qarabağ” avrokuboklarda ilk dəfə qarşılaşacaqlar. Hər iki komanda cari mövsüm qrup mərhələsində cəmi 1 oyunda uduzub. Fransa təmsilçisi Avropa Liqasında qrup 3-cüsü olduğu, Ağdam klubu isə Konfrans Liqasında mübarizə apardığı H qrupunu 2-ci sırada başa vurduğu üçün pley-offa vəsiqə qazanıb.
UEFA Konfrans Liqası, pley-off mərhələsi
İlk oyun
17 fevral
00:00. “Marsel” (Fransa) – “Qarabağ” (Azərbaycan)
Hakimlər: Nikola Dabanoviç, Milovan Cukiç, Vladan Todoroviç, Miloş Boşkoviç (hamısı Monteneqro)
Marsel, “Velodrom” stadionu.
Qeyd edək ki, komandalar arasında cavab oyunu fevralın 24-də Bakıda keçiriləcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.