fbpx

Konfrans Liqası: “Qarabağ” və “Gent”in start heyətləri açıqlandı

BEY.AZ informasiya agentliyi xəbər verir


UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində Bakıda qarşılaşacaq Azərbaycanın “Qarabağ” və Belçikanın “Gent” komandalarının start heyətləri açıqlanıb.

Metbuat.az xəbər verir ki, “Qarabağ”ın start heyətində Luka Quqeşaşvili, Julio Romao, Marko Yankoviç, Musa Qurbanlı, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Marko Veşoviç, Elvin Cəfərquliyev, Bədavi Hüseynov və Ramil Şeydayev yer alacaqlar.

Belçika təmsilçisinin heyətində isə meydana Deyvi Rof, Cozef Okumu, Mişel Nqadye-Nqacui, Xönseok Xon, Uqo Kuypers, Jülyen De Sart, Alessio Kastro-Montes, Villi Orban, Cordan Torunariqa, Sven Kums və Bruno Qodo çıxacaqlar.

Matçı isveçrəli baş hakim Məhəmməd Al-Hakim idarə edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq görüş saat 21:45-də başlayacaq.

“Qarabağ” tarixində ikinci dəfə Konfrans Liqasının pley-off mərhələsində qüvvəsini sınayacaq. Ağdamlılar ötən mövsüm turnirin bu mərhələsində Fransanın “Marsel” komandasına məğlub olaraq avrokuboklarla vidalaşıb.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu fevralın 23-də Gent şəhərində keçiriləcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Konfrans #Liqası #Qarabağ #və #Gentin #start #heyətləri #açıqlandı

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin