Kontr-admiral “Efes-2022” təlimdə iştirak edəcək heyətin hazırlığını yoxlayıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Müdafiə nazirinin tapşırığına əsasən Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı, kontr-admiral Sübhan Bəkirov “Efes-2022” çoxmillətli təlimində iştirak edəcək hərbi qulluqçularım təminat və təchizatı, eləcə də şəxsi heyətin hazırlıq səviyyəsini yoxlayıb.
Metbuat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. Xəbərə görə, Kontr-admiral S.Bəkirov, həmçinin ölkəmizi təlimdə təmsil edəcək heyətlə görüşərək onlara uğurlar arzulayıb.
Qeyd edək ki, “Efes-2022” çoxmillətli təlimin cari ilin may-iyun aylarında Türkiyə Respublikasının İzmir şəhərində keçirilməsi planlaşdırılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.