fbpx

Koronavirus gözlərdə hansı problemləri yaradır?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Aparılan araşdırmalar göstərdi ki, COVID-19 virusu gözlərdə konyuktivitin yaranmasına səbəb ola bilər”.

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Tural Qəlbinur bildirib.

Onun sözlərinə görə, bu zaman gözlərdə gözlərdə qızarıqlıq, ağrı, göynəmə, yanma və yaş axma kimi əlamətlər meydana çıxır: “Həmçinin şəkərli diabet, hipertenziya və başqa xroniki xəstəlikləri olan insanlarda koronavirus qanın laxtalanma sistemini pozduğundan retinada qanama və başqa əlamətlər meydana çıxa bilər. Əgər xəstələrdə görmənin ani zəifləməsi baş verərsə, dərhal oftalmoloqa müraciət etməlidirlər”.

Rüya tabirlerini burdan oku

Gözlərimizin koronavirusdan qorunma yollarına gəlincə, ekspert qeyd edib ki, COVID-19-un gözlərə yoluxmasının birbaşa qarşısının almaq üçün heç bir vasitə yoxdur:” Burada ən mühüm qorunma yolu – maska taxaraq, virusun keçməsinin qarşısını almaq və peyvənd olunaraq xəstəliyin daha yüngül keçməsini təmin etməkdir. Xüsusilə qapalı məkanlarda virusa məruz qalma və əlləri gözə apararaq birbaşa çirklənmə riski gözlərin qorunmasını çətinləşdirir. Virusun yüksək risk altında olduğu yerlərdə eynəkdən istifadə qoruyucu ola bilər. Dezinfeksiyaedici vasitələrdən istifadə edərək əllərimizi təmiz saxlamaq son dərəcə vacibdir. Virusun gözdə olduğu yüngül hallarda qoruyucu antibiotik damcılarından istifadə etməyi də tövsiyə edilir”.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu