fbpx

Koronavirusa yoluxma və ölüm kəskin artıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Koronavirusa yoluxma hallarının qlobal azalması fonunda bəzi ölkələrdə xəstəxanaya yerləşdirmə və ölüm halları kəskin artmaqdadır.

Metbuat.az xəbər verir ki, bunu ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus Cenevrədə keçirilən brifinqdə deyib.

Qebreyesus dünya ölkələrini belə bir vəziyyətdə koronavirusun yeni ştamlarının yayılması ilə bağlı riski qiymətləndirmək üçün epidemioloji nəzarəti və məlumat mübadiləsini gücləndirməyə çağırıb: “Biz bütün dövlətləri EG.5 və BA.2.86 kimi yeni ştamların yayılma riskini qiymətləndirə bilməmiz üçün nəzarəti gücləndirməyə çağırırıq”.

Xatırladaq ki, koronavirusla əlaqədar fövqəladə vəziyyət 2020-ci ilin yanvar ayının sonundan 2023-cü il mayın 5-dək qüvvədə olub. 11 mart 2020-ci ildə ÜST COVID-19 epidemiyasını pandemiya kimi tanıyıb. Avqustun 16-a olan məlumata görə, dünyada ümumilikdə 769 806 130 koronavirusa yoluxma qeydə alınıb, 6 955 497 nəfər ölüb. Mayın 5-də Cenevrədə keçirdiyi brifinqdə Qebreyesus bildirib ki, əslində ölənlərin sayı azı 20 milyondur.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Koronavirusa #yoluxma #və #ölüm #kəskin #artıb

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin