fbpx

Koronavirusdan sonra üzə çıxan nevroloji problemlər: İnsult, qıcolmalar, yaddaş pozğunluqları…

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Yeni araşdırmalara görə, SARS-CoV-2 virusuna yoluxmuş şəxslər infeksiyadan sonrakı ilk bir ildə bir sıra nevroloji xəstəliklərin inkişaf riski ilə üzləşirlər. Belə ağırlaşmalara idrak və yaddaş problemləri, narahatlıq, depressiya və miqren, baş ağrıları kimi problemlər daxildir.

Metbuat.az “SciTechDaily” nəşrinə istinadən xəbər verir ki, bundan əlavə, COVID sonrası beyin titrəmə və qeyri-iradi əzələ daralmalarından tutmuş epileptik tutmalara, tarazlıq və koordinasiya çətinliklərinə, eşitmə və görmə pozğunluqlarına və digər simptomlara qədər hərəkət pozğunluqları da müşahidə edilir.

Koronavirusun səbəb olduğu uzun müddətli nevroloji problemlər barədə Vaşinqton Universitetinin klinik epidemioloqu, Ziyad Əl-Ali tədqiqat aparıb. O, tədqiqat barədə deyir:

Rüya tabirlerini burdan oku

“Tədqiqatımız COVID-19-un uzunmüddətli nevroloji nəticələrinin hərtərəfli qiymətləndirilməsini təmin edir. Keçmiş tədqiqatlar, əsasən xəstəxanaya yerləşdirilən xəstələrdə müşahidə edilən nevroloji problemləri araşdırırdı. Biz reanimasiya şöbəsinə daxil olanlar da daxil olmaqla, xəstəxanaya yerləşdirilməyən və xəstəxanaya yerləşdirilən xəstələr arasında 44 beyin və digər nevroloji pozğunluqları qiymətləndirdik. Nəticələr COVID-19-un dağıdıcı uzunmüddətli təsirlərini göstərir. Bu virus həmişə bəzi insanların düşündüyü kimi xoşxassəli deyil”.

Bu tədqiqatın iştirakçılarının çox az hissəsi COVID-19 əleyhinə peyvənd olunan insanlardan ibarətdir. Bunun səbəbi, 2020-ci ilin martından 2021-ci ilin yanvarın əvvəlinə qədər davam edən tədqiqatın müddəti ərzində peyvəndlərin hələ geniş yayılmamış olmasıdır. Qeyd edək ki, məlumatlar delta, omikron və digər COVID variantlarından əvvələ aiddir.

Əl-Alinin rəhbərlik etdiyi əvvəlki araşdırma peyvəndlərin uzunmüddətli beyin problemləri riskini bir qədər – təxminən 20% azaltdığını qeyd edib: “Peyvənd olunmaq mütləq vacibdir, lakin peyvəndin bu uzunmüddətli nevroloji pozğunluqlara qarşı tam qorunma təmin etmədiyini də başa düşmək vacibdir”.

Alimlər ABŞ Veteranlarla İş Departamenti tərəfindən saxlanılan məlumat bazasında 14 milyona yaxın tibbi qeydləri təhlil ediblər. Sonra, tədqiqat qrupu 1 mart 2020-ci ildən 15 yanvar 2021-ci ilə qədər COVID-19 testi müsbət çıxmış və infeksiyadan sonra ilk 30 gün ərzində sağ qalan 154 min nəfərdən ibarət idarə olunan məlumat bazası yaratdı. COVID-19 məlumat bazasındakı nevroloji nəticələr virusa yoluxmamış digər qrup insanlarla müqayisə edilib.

Beyin sağlamlığı alimlər tərəfindən bir il ərzində təhlil edilib. Koronavirusa yoluxan şəxslərdə yoluxmayanlarla müqayisədə, nevroloji problemlər 7% daha çox idi.

Beyinlə əlaqəli ən ümumi, uzun müddət davam edən COVID-19 simptomlarından biri yaddaş problemləridir. Virusa yoluxmuş insanlarda yaddaş problemlərinin inkişaf riski 77% çoxdur: “Bu problemlər bəzi insanlarda arada qalxsa da bir çoxlarında davam edir”, – dedi Əl-Ali.

Maraqlıdır ki, tədqiqat qrupu virusa yoluxanlar arasında Alzheimer xəstəliyinə tutulma riskinin artdığını qeyd edib. Nəzarət qrupları ilə müqayisədə, COVID-19 olan hər 1000 nəfərdə iki Alzheimer xəstəsi qeydə alınıb. Lakin, tədqiqatçı alim COVID-19-a yoluxmuş birinin Alzheimer xəstəliyinə tutulması ehtimalı az olduğunu deyib: “Alzheimerin təzahürü üçün illər lazımdır. Ancaq şübhələndiyimiz şey, Alzheimer xəstəliyinə meylli insanların COVID-19 nəticəsində xəstəliyin inkişafının daha sürətli inkişafıdır. Bu hal nadir olsa da, lakin narahatedicidir”.

Həmçinin virusa yoluxanlar nəzarət qrupları ilə müqayisədə işemik insultdan 50% daha çox əziyyət çəkir. İşemik insultlar bütün insultların əksəriyyətini təşkil edir və danışıqda çətinlik, görmə problemləri, koqnitiv çaşqınlıq, bədənin bir tərəfində hisslərin itirilməsi, iflic, daimi beyin zədələnməsi və ölümlə nəticələnə bilər.

“Digər tədqiqatçılar tərəfindən siçanlar və insanlarda SARS-CoV-2 virusunun qan damarlarının selikli qişasına hücum edə biləcəyini,insult və ya qıcolmaya səbəb ola biləcəyini göstərən bir neçə araşdırma var”, – tədqiqatçı qeyd edib.

Ümumilikdə, yoluxmamış insanlarla müqayisədə, COVID-19 olan insanların epilepsiya və ya tutmalardan əziyyət çəkmə ehtimalı 80%, narahatlıq və ya depressiya kimi psixi problemləri inkişaf etdirmə ehtimalı 43%, yüngül və ya ağır formada baş ağrıları keçirmə isə 35% daha çoxdur. Onların, həmçinin qeyri-iradi əzələ daralmaları, titrəmələr və digər hərəkət pozğunluqları ilə qarşılaşma ehtimalı 42% daha çoxdur.

COVID-19 xəstələrində bulanıq görmə, quruluq və tor qişanın iltihabı kimi göz problemlərinə 30% daha çox rast gəlinir. Onlarda həmçinin tinnitus və ya qulaqlarda cingilti kimi eşitmə anormallıqlarını inkişaf etdirmək ehtimalı 22% daha çoxdur.

COVID-in beyinə və digər orqanlara vurduğu uzun müddətli problemlər pandemiyanı idarə etmək və planlar hazırlamaq üçün hökumətlərin və səhiyyə sistemlərinin siyasət, ictimai səhiyyə və profilaktika strategiyaları hazırlaması ehtiyacını vurğulayır.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu