fbpx

Kraliçanın dəfn mərasiminə dəvət edilən və edilməyənlərin SİYAHISI

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Bazar ertəsi Kraliça II Elizabetin dəfn mərasimi onilliklər ərzində Böyük Britaniyada kral ailəsi və siyasətçilərin təşkil etdiyi ən böyük yığıncaqlarından biri olacaq.

Metbuat.az BBC-yə istinadən Kraliçanın dəfn mərasimində iştirak edəcəyi gözlənilən və iştirak etməyənlərin siyahısını təqdim edir:

Təbii ki, Kraliçanın ailəsi – Kral Çarlz Kraliça Consort Kamilla ilə birlikdə, Kraliçanın digər üç övladı Ann, Endryu və Edvard, həmçinin onların həyat yoldaşları, Kraliçanın nəvələri iştirak edəcək. Kraliçanın 12 nəvəsindən neçəsinin iştirak edəcəyi hələ dəqiq deyil.

Rüya tabirlerini burdan oku

Daha sonra, Kraliça üçün işləyənlər və şəxsi köməkçiləri, məsləhətçilərinin iştirakı gözlənilir.

Əksəriyyəti Kraliçanın qan qohumu olan Avropanın hər yerindən kral ailələrinin üzvləri gözlənilir – Belçika, Hollandiya kralları və həyat yoldaşları birlikdə orada olacaqlarını təsdiqləyiblər. Norveç, İsveç, Danimarka və Monakonun kral ailələri kimi İspaniya Kralı və Kraliça da dəvəti qəbul ediblər. Kraliçanın bütün hakimiyyəti boyu rəhbərlik etdiyi Birlik ölkələrindən liderlərin iştirakı gözlənilir.

Avstraliya, Yeni Zelandiya Kanada, Banqladeşin baş nazirləri də dəvəti qəbul edib. Almaniya, İtaliya, Fransa, Şri-Lanka və Hindistanı isə prezidentləri təmsil edəcək. Ağ Ev, prezident Co Baydenin birinci xanım Jill Bayden ilə birlikdə iştirak edəcəyini təsdiqlədi. Tənqid edilsə də Çin prezidenti Xi Jinping dəvət alıb. Çin hökuməti vitse-prezident Vanq Qişanın dəfn mərasimində iştirak edəcəyini təsdiqləyib.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və faktiki hökmdarı Məhəmməd Bin Salman dəvət olunub.

Nüvə proqramına görə uzun müddətdir beynəlxalq sanksiyalara məruz qalan İran İslam Respublikası isə yalnız səfirlər səviyyəsində təmsil olunacaq.

Böyük Britaniyanın bu ölkələrlə tam diplomatik əlaqələri olmadığına görə, Suriya, Venesuela və Əfqanıstandan nümayəndələr dəvət edilməyib.

Rusiya, Belarus və Myanmadan heç kim dəvət edilməyib.

Şimali Koreya və Nikaraquanın isə dövlət başçıları deyil, yalnız səfirləri göndərmək çərçivəsində dəvət edilib.

Qeyd edək ki, iştirakı gözlənilən 500 dövlət başçısına və xarici rəsmilərə dəvətlər göndərilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu