“Krasnodar” “Qarabağ”dan 2,5 milyon avro tələb etdi
2023-cü ilin yanvarında “Qarabağ”ı “Krasnodar”a dəyişən Kadi Borgesin dönüşü üçün tələb olunan məbləğ bilinib.
BEY.AZ xəbər verir ki, bu barədə Rusiya klubunun mətbuat xidməti xəbər verib. Paylaşılan xəbərdə “Krosnadar” rəsmilərinin Kadi Borges üçün “Qarabağ” klubundan 2,5 milyon avro tələb etdikləri bildirilib.
2023-cü ildə Kadi Borgesi beş milyon avro qarşılığında transfer edən komanda hazırda cənubi amerikalının satışından 2,5 milyon avro əldə etmək niyyətindədir.
Qeyd edək ki, Kadi Borges “Krasnodar” klubunun təlim məşq toplanışına qatılmayıb.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |