Kreml Trampa qarşı yeni sui-qəsd cəhdini şərh etdi
Kreml Trampa qarşı yeni sui-qəsd cəhdini şərh edib.
BEY.AZ xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-da prezident seçkiləri ərəfəsində vəziyyəti gərgin adlandırıb.
Onun sözlərinə görə, Rusiya baş verənləri diqqətlə izləyir, lakin müdaxilə etmir. Kreml nümayəndəsi Respublikaçılar Partiyasının namizədi Donald Trampa sui-qəsd cəhdini belə şərh edib.
“Bu, əslində bizim işimiz deyil. Biz, əlbəttə ki, ABŞ-dan gələn məlumatları diqqətlə izləyirik. Biz orada, o cümlədən siyasi rəqiblər arasında vəziyyətin nə qədər gərgin olduğunu görürük”.
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |