fbpx

Kremldəki məşhur uzun masanın SİRRİ nədir?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, Moskvada Rusiya prezidenti Vladimir Putinlə Fransanın dövlət başçısı Emmanuel Makron arasında baş tutan görüş siyasi bəyanatları ilə deyil, liderlərin əyləşdiyi masa ilə dünya mediasının diqqətini cəlb edib. Bir çox ekspertlər dövlət başçılarının əyləşdiyi masanın uzunluğu 10 metrə yaxın olmasını Putin-in qərbə mesajı kimi şərh ediblər.

Bu barədə Metbuat.az-a açıqlama verən “Beynəlxalq münasibətlər və Diplomatiya Araşdırmalar Mərkəzi”nin təsisçisi politoloq Samir Hümbətov bildirdi ki, Putin Fransanı, xüsusən də Makronu o qədər də ciddi şəxs kimi hesab etmir. Ekspert deyir ki, məhz müzakirələr əsnasında Rusiya liderinin Fransa prezidentinə “sən” deyə müraciət etməsinin arxasında da Makronu önəmli siyasətçi kimi qəbul etməməsi dayanır.


Rüya tabirlerini burdan oku

“Bir müddət əvvəl Macarıstanın Baş naziri Viktor Orbanın Moskvaya səfəri zamanı da tərəflər böyük bir masa ətrafında müzakirələr aparmışdılar. Analoji vəziyyət İran prezidenti ilə görüş əsnasında da təkrarlanmışdı. Diplomatik dillə ifadə etsək Putin bu addımı atmaqla qarşısındakı liderlərə “Sən mənim üçün o qədər də böyük fiqur sayılmırsan” mesajını vermək istəyir. Baxmayaraq ki, Fransa Avropa İttifaqının əsas aparıcı gücü sayılır amma Rusiyanın da Fransaya önəmli tərəfdaş kimi baxmadığı bir həqiqətdir”.


Politoloq qeyd etdi ki, eyni vəziyyəti biz əsla Türkiyə və digər prezidentər ilə görüş əsnasında görə bilmərik. Məhz Rusiya Prezidentinin böyük masa ətrafında bir neçə ölkə lideri ilə müzakirə etməsinin məqsədi də Putinin onlara qoyduğu hörmət və diqqətin göstəricisidir.

“Onu da bildirim ki, Putin üçün məsafəli bir stol ətrafında liderləri otuzdurmaq “sənin mənə işin düşüb deyə ayağıma gəlmisən. Buyur sözünü de” anlamı ifadə edir. Görünən odur ki, Putin nə Fransanı, nə də Makronu rgüclü rəqib hesab etmir”.

Gülbəniz Hüseynli / Metbuat.az





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu