fbpx

Kremlin “B planları” havada qalır

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Rusiya hərbi rəhbərliyi bu günlərdə 4 hərbi dairəyə yeni komandanlar təyin etdi. ABŞ-ın Müharibə Araşdırmaları İnstitutundan verilən məlumata görə, bu, rus ordusundakı mövcud uğursuzluqları aradan qaldırmaq üçün edilən növbəti cəhddir.



Amerikalı analitiklərin fikrincə, bu, həm də Rusiya ordusunu Ukraynada yenilənmiş genişmiqyaslı hücuma hazırlamaq səylərinin bir hissəsidir.

Hesabatda eyni zamanda Rusiya Silahlı Qüvvələrinin, habelə “Vaqner” muzdlu hərbi təşkilatının son vaxtlar əhəmiyyətli itkilər verdiyi xatırladılıb.

Bir neçə gündən sonra şərqi Avropadakı müharibənin 1 ili tamam olacaq. Rusiya ötən müddət ərzində, demək olar ki, hansısa ciddi uğur əldə etməyib.

Müxtəlif vaxtlarda atılan fərqli addımlar, o cümlədən ötən ilin sentyabrında elan edilən səfərbərlik, keçirilən saxta referendum, həmçinin komandan dəyişiklikləri Rusiyanın “B” planı kimi qiymətləndirilməlidir. Hərçənd ki, həmin cəhdlərin nəticəsi olmamışdı.

Fikrimcə, hərbi dairələrə yeni komandanların təyin edilməsi də lazımi effekti verməyəcək. Çünki uğursuzluqların səbəbi daha dərindədir.

Beləliklə, Rusiyanın Ukraynadakı uğursuzluğunun səbəblərini sadalamağa çalışaq: Birincisi, Rusiya ordusu mənəvi-psixoloji böhran içindədir. Hərbçiləri lazımi stimula malik deyillər.

Rüya tabirlerini burdan oku

İkincisi, Rusiya ordusunda fikir ayrılığı var. Nizami ordu, “Vaqner” özəl hərbi şirkəti və digər qruplar arasında fikir ayrılığı hökm sürür. Bu, getdikcə daha aydın hiss olunur. çüncüsü, Rusiya ordusunda hərbi-texniki çatışmazlıq güclənir. Dördüncüsü, ölkə daxilində narazılıq artır. Beşincisi, hərbi-siyasi hakimiyyətdə gərginlik davam edir. Məhz bu amillər Rusiyaya döyüş meydanında üstünlüyü ələ almağa imkan vermir.

Ümumiyyətlə, zaman Moskvanın əleyhinə işləyir. Hər ötən gün Rusiyanın işi daha da çətinləşir.

Qarşıdakı günlərdə, o cümlədən müharibənin ildönümünə, yəni fevralın 24-dək Rusiya növbəti genişmiqyaslı hücuma keçə, o cümlədən kütləvi raket hücumları həyata keçirə bilər. Lakin Rusiyanın yaxın vaxtlarda ciddi strateji üstünlük əldə edəcəyi inandırıcı görünmür.

Çox güman ki, döyüşlər hələ bir müddət bu templə davam edəcək. Qərb Rusiyaya üstünlüyü ələ almağa imkan verməz. Görünən odur ki, Kremlin “B planları” o qədər də effektiv deyil.

Siyasi şərhçi Kənan Novruzov / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Kremlin #planları #havada #qalır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu