fbpx

Kriminal keçmişi olan milyarder, 14 qat Azərbaycan çempionu

Rüya Yorumları burda


Tanınmış kriminal avtoritet Oleq Krapivin (Oleq Bakinski) Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən Bakıda həbs edilib. Bəs onun haqqında hansı məlumatlar var?

BEY.AZ Lent.az-a istinadən “Bioqrafiya” rubrikasında “Oleq Bakinski” haqqında məlumat verir.

– “Oleq Bakinski” harada və nə zaman anadan olub?

Oleq Krapivin 1960-cı il sentyabrın 29-da Şamaxı rayonunun Şəhriyar qəsəbəsində anadan olub. 1966-cı ildə ailəsi ilə birlikdə Bakıya köçüb.

– “Oleq Bakinski” harada təhsil alıb?

Rüya tabirlerini burdan oku

İlk təhsilini Sabunçu qəsəbəsi 68 saylı orta məktəbdə alsa da, sonra təhsilini Bakıxanov qəsəbəsində yerləşən idman təmayüllü internat məktəbində davam etdirib.

– “Oleq Bakinski”nin idmançı karyerası olub?

Bəli. Sərbəst güləş üzrə 14 qat Azərbaycan çempionudur. Yığma komandalar səviyyəsində müxtəlif beynəlxalq turnirlərin qalibi olub. 2007-ci ildə Türkiyənin İstanbul şəhərində veteranlar arasında keçirilən yarışda sərbəst güləş üzrə dünya çempionu adını qazanıb.

– “Oleq Bakinski” harada yaşayırdı?

1989-cu ildən Kiyev şəhərində yaşayırdı, son illər Ukraynaya girişi qadağan edildiyinə görə, Bakıya köçmüşdü.

– “Oleq Bakinski” ailəlidir?

Ailəlidir, 4 övladı var.

O bir müsahibəsində ailəsi ilə bağlı belə deyib: “Həyat yoldaşımla Sabunçuda tanış olmuşdum. Atası onu mənə vermək istəmirdi. Çünki həyat yoldaşım ləzgi idi, atası da rus millətinə qız verməyi düşünmürdü. Mən də dedim ki, verməsəniz, götürüb qaçacam. Bir-birimizi sevirdik. Şükürlər olsun ki, bu sevgidən gözəl və xoşbəxt ailəm var. Etiraf edim ki, uşaqlarımın necə böyüdüyünün fərqinə varmadım. Çünki mənim iş qrafikim sıx idi. Səhər işə gedirdim, gecə evə gəlirdim. Onlarla lazımi şəkildə vaxt keçirə bilmirdim. Sadəcə, həyatda düzgün seçim etməyim övladlarımın tərbiyəsində də özünü göstərib. Həyat yoldaşım onların cəmiyyətə xeyirli övlad kimi yetişməsində böyük rol oynayıb”.

– “Oleq Bakinski”nin sərvəti nə qədərdir?

Krapivin həm də Ukraynada tanınmış iş adamdır. Ukraynada, xüsusən Kiyevdə çoxsaylı ticarət mərkəzlərinin sahibidir. “Forbes”in məlumatına görə, Ukraynanın 100 ən varlı adamı siyahısında 84 milyon dollar varidatla 98-ci yerdədir.

– “Oleq Bakinski” niyə “Bakinski” ləğəbi ilə tanınıb?

Krapivin Kiyevdə həm də “Oleq Bakinski” kimi tanınır. O, Azərbaycan diasporunun liderlərindən sayılır. Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının sədri olub.

– “Oleq Bakinski”nin Azərbaycanla əlaqələri var idi?

30 ilə yaxındır, Azərbaycanı tərk etsə də, tez-tez vətəninə baş çəkir. O, Kiyevdə “Bakines” adlı güləş klubu yaradıb. Azərbaycan dilində bazar məktəblərinin sponsordur. Bir qədər əvvəl Şamaxıda Krapivinin şərəfinə güləş turniri keçirilib.

Krapivin hətta Şamaxıda güləş məktəbi açıb. Son illər Ukraynaya girişi qadağan edilmişdi və Bakıda yaşayırdı.

Müsahibələrinin birində Krapivin deyib: “Rus olsam da, özümü həmişə azərbaycanlı hesab etmişəm. Hətta toyum belə, Azərbaycan adət-ənənələrinə uyğun keçib. Uşaqlığımın ən gözəl illəri həm də Sabunçu ilə bağlıdır. Böyüdüyüm məhəllənin küçələri, tinləri, insanları hələ də gözümün önündə canlanır. Güləşə olan marağım isə məni bu idman növü ilə daha peşəkar şəkildə məşğul olmağa vadar etdi. Buna görə də oxuduğum 68 nömrəli məktəbdə təhsilimi yarımçıq qoyub, “Razin”dəki idman təmayüllü internat məktəbinə getdim. Beləcə, həyatımın ayrılmaz hissəsi olan güləşçi karyeram başladı”.

– “Oleq Bakinski” avtoritet idi?

O, “avtoritet”, “kriminal lider” adlandırılmasına isə belə cavab verib: “Mən öz avtoritetimdən Ukraynada yaşayan azərbaycanlıların müdafiəsi naminə istifadə etmişəm və edəcəm də. Bu, mənim bir azərbaycanlı, şamaxılı kimi borcumdur”.

– “Oleq Bakinski” nə üçün həbs edilib?

Krapivin bir neçə gün əvvəl Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən Bakıda saxlanılıb. İdarənin təqdimatı əsasında Nərimanov rayon Məhkəməsi tərəfindən onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Hələ ötən il Bakıda Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdiyi xüsusi əməliyyat nəticəsində cinayətkar dəstənin üzvləri – Rail Cəbrayılov, Üzeyir Ağazadə (Zarinski) və Mirağa Əliyevin saxlanılması barədə məlumat dərc olunmuşdu.
Həmin əməliyyatdan sonra Ukrayna mediası saxlanılan cinayətkar dəstənin üzvlərinin Oleq Bakinski kimi tanınan keçmiş idmançı, milyonçu Oleq Krapivinin dəstəsi olduğunu yazmışdı.
“Oleq Bakinski”nin kifayət qədər kriminal keçmişi var.
Krapivinin 90-cı illərdə Kiyevdə fəaliyyət göstərən “Avdışa” və “Juravli” mütəşəkkil cinayətkar qruplaşmaları ilə bağlı olduğu bildirilir.
Məsələn, onunla bağlı qalmaqallardan biri 2019-cu ildə tanınmış hüquq müdafiəçisi Eduard Bağırovun döyülməsi ilə bağlıdır. Bağırovu kafeyə görüşə dəvət edən Krapivin bir neçə tərəfdarı ilə birlikdə hüquq müdafiəçisini döyür, pasportunu alır və bir neçə saat saxlayır. Həmçinin onu, arvadını və övladlarını öldürməklə hədələyir.
2022-ci ilin əvvəllərində “Oleq Bakinski” Kiyevdə “Leksus LX 570” markalı avtomobilə atəş açır. Kriminal avtoritet “Leksus”un sürücüsünə xəbərdarlıq edərək, pul tələb etdiyi bildirilmişdi.
“Oleq Bakinski”nin adı çoxsaylı qəsb, adam oğurluğu, sifarişli qətllərdə hallanır. Bundan başqa, o, Yanukoviç rejiminə qulluq və onun şəriki olmaqda ittiham olunur.
2022-ci il iyunun 26-da rəsmi Kiyev ona Ukraynada yaşamağı qadağan edir, yaşayış iznini ləğv edir, həmçinin onun hər hansı formada Ukrayna ərazisinə girişinə qadağa qoyur. Səbəb isə onun işğalçılarla əməkdaşlıq və şəriklik şübhəsi, Kadırovun Ukraynadakı quldur dəstələri ilə əlaqə və Zaporojye vilayətində humanitar yüklərin bir hissəsinin onlara ötürülməsi ehtimalı idi.
Bundan başqa, Ukrayna hüquq-mühafizə orqanlarının təqdimatı əsasında 27 yanvar 2023-cü ildə keçirilən məhkəmədə Oleq Krapivinin oğlu Sultanbəy haqda cinayət işi açılmış, onun qanunsuz olaraq ölkəni tərk etdiyi üçün axtarışa verildiyi elan edilmişdi.
“Oleq Bakinski”nin Nərimanov Məhkəməsi tərəfindən həbs edilməsi isə onun ötənilki cinayətkar dəstə ilə bağlı istintaq çərçivəsində saxlanıldığı ehtimalına yol açır.
Xatırladaq ki, “Oleq Bakinski” ondördqat Azərbaycan çempionudur.

“Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun “Rövşən Lənkəranski” tərəfindən zəhərlənmə cəhdi ilə bağlı hadisədə KİV-də gedən yazılarda “Oleq Bakinski”nin də adı hallanmışdı.






MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu