Kristian Eriksen İngiltərə klubuna keçir
BEY MEDIA İnformasiya agenti xəbər verir
Danimarka millisinin futbolçusu Kristian Eriksen karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirəcək.
Metbuat.az xəbər verir ki, hazırda azad agent olan 30 yaşlı yarımmüdafiəçi “Brentford”la anlaşıb. Tərəflər arasında 3 gün ərzində rəsmi müqavilə imzalanacaq.
Klub təcrübəli oyunçunun tibbi müayinədən keçməsini gözləyir.
Qeyd edək ki, Kristian Eriksen iyunun 12-də Finlandiyaya qarşı AVRO-2020-nin B qrupunun ilk tur matçında huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər. Daha sonra əməliyyat olunan danimarkalı oyunçunun ürəyinə kardioverter-defibrillyator cihazı quraşdırılıb. Onun son klubu İtaliya “İnter”i olub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.