fbpx

Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları təsdiq edilib

BEY.AZ informasiya agentliyi xəbər verir



Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi, obyektlərinin reyestrinin strukturu, yaradılması və aparılması qaydaları müəyyən olunub.

Metbuat.az xəbər verir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə “Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları” təsdiq edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Yeni Qərarla Azərbaycan Respublikasında kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydaları, o cümlədən kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair ümumi tələblər və kibertəhlükəsizlik xidməti provayderinə, onun işçi heyətinə, texnoloji resurslarına və fəaliyyət proseslərinə dair tələblər müəyyən edilir.

19 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı ilə “Kritik informasiya infrastrukturu obyektlərinin reyestrinin strukturu, yaradılması və aparılması qaydası” da təsdiq edilib (https://nk.gov.az/az/senedler/qerarlar/kritik-informasiya-infrastrukturu-obyektlerinin-re-7171).

Həmin Qərara görə, kritik informasiya infrastrukturu obyektlərinin reyestrinin strukturunu, yaradılması və aparılmasının hüquqi, təşkilati və texnoloji əsasları müəyyən edilir. Reyestr, kritik informasiya infrastrukturu obyektləri ilə bağlı informasiya proseslərinin həyata keçirilməsi, eləcə də kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi, o cümlədən kibertəhdidlərə qarşı mübarizənin həyata keçirilməsi ilə bağlı tədbirlərin planlaşdırılması və icra olunması məqsədilə təhlillərin aparılması üçün nəzərdə tutulan informasiya sistemidir.
Reyestrin təşkili və aparılmasını təmin edən Dövlət Təhlükəsizliyi Xidməti, Reyestrin operatoru isə DTX-nin Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzidir.

Qeyd edilməlidir ki, kritik informasiya infrastrukturunun təhlükəsizliyi, həmçinin kibertəhdidlərlə mübarizə sahəsində səlahiyyətli qurumun vəzifələrini Dövlət Təhlükəsizliyi Xidməti həyata keçirir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


  • Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
    #Kritik #informasiya #infrastrukturunun #təhlükəsizliyinin #təmin #edilməsi #qaydaları #təsdiq #edilib

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin